Şriftin ölçüsü :

Saytın rəngi :

Balakənli fermerlər təkrar qarğıdalı əkinlərindən 788,6 ton məhsul əldə ediblər

18 dekabr 2020 | 16:00

Bu il Balakən rayonunun təsərrüfatlarında ilk dəfə 146,3 hektar sahədə dən üçün təkrar qarğıdalı əkilib. Təkrar əkin sahələrində qarğıdalı yığım artıq başa çatıb. Torpaq mülkiyyətçiləri təkrar qarğıdalı sahələrindən 788,6 ton məhsul götürüblər. Hər hektardan orta məhsuldarlıq 53,9 sentner təşkil edib.
   Qeyd edək ki, bu il təkrar qarğıdalı əkininə görə fermerlərə dövlət tərəfindən hər hektara 60 manat birdəfəlik vəsaitin ödənilməsi nəzərdə tutulur. Təkrar əkinlər həm aqroekoloji, həm də iqtisadi baxımdan səmərəlidir. Mütəxəssislər hesab edirlər ki, respublikada mal-qaranın qüvvəli və yaşıl yemə olan tələbatını tam təmin etmək üçün təkrar əkinlərdən istifadə vacib sayılır. Ölkə üzrə təkrar əkin sahələrinin hər hektarından 350-400 sentner yaşıl kütlə və ya 40-50 sentner dən məhsulu əldə etmək mümkündür.

Keçidlər