Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlik statusu -əsas tələblər və imtiyazlar

23 dekabr 2020 | 16:00

Kimlərə şəhidlik statusu verilir:
Hərbi qulluqçular – ölkənin ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar, habelə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular (və digər xüsusi xidmət orqanlarının əməkdaşları)
Mülki vətəndaşlar - erməni hərbi təxribatı nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar
Şəhid hesab edilməsi üçün tələb olunan sənəd:
Hərbi qulluqçulara münasibətdə: hərbi hissənin arayışı və ölüm haqqında şəhadətnamə, itkin düşmə hallarında isə məhkəmə qətnaməsi
Mülki vətəndaşa münasibətdə: rayon (şəhər) YİHO-nın verdiyi arayış
Müraciət edilən dövlət qurumu:
Hərbi qulluqçulara münasibətdə:
o gizir və zabit heyəti üçün – MN, DİN, DTX, XKX, DSX, XDMX (hansı orqanda xidmət edibsə)
o əsgərlər üçün – Səfərbərlik Xidmətinin (SHXÇDX) yerli bölmələri (komissarlıqlar)
Mülki vətəndaşa münasibətdə: rayon (şəhər) YİHO.
Sənədlər əsasında şəxsə şəhid, ailəsinə şəhid ailə üzvü statusu verilməsi barədə 1 aydan gec olmayaraq arayış verilir və həmin arayış əsasında ƏƏSMN-nin yerli şöbələri tərəfindən şəhid ailəsi vəsiqəsi verilir.
Sosial təminat hüququnun yaranması vaxtı:
Pensiya və müavinət üzrə - şəhid ailə üzvlərinin pensiya və müavinət alma hüququ şəhidin həlak olduğu gündən yaranır.
AR Prezidentinin təqaüd üzrə - şəhid ailəsi statusuna dair arayışın verildiyi tarixdən yaranır.
Əsas imtiyazlar:
Qeyd: 11 min manat sığorta ödənişi və 3 min manat dəfn üçün maliyyə yardımı istisna olmaqla, şəhid ailələrinin (mülki və hərbi) hüquqları bərabərdir.
birdəfəlik sığorta ödənişi - həlak olmuş hərbi qulluqçuların ailələrinə 11 000 manat sığorta ödənişi həyata keçirilir (“Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən).
Dəfn mərasiminin təşkili və keçirilməsi üçün maliyyə yardımı – Həlak olmuş şəxslərin valideynlərinə (nümayəndələrinə) yas mərasiminin təşkili üçün 3 000 manat məbləğində maliyyə yardımı ödənilir.
AR Prezidentinin təqaüdü (aylıq) - şəhid ailəsinə 300 manat AR Prezidentinin təqaüdü ödənilir (ƏƏSMN tərəfindən).
ailə başçısını itirməyə görə pensiya (aylıq) - şəhidin pensiya hüququ olduqda ailə üzvlərinə (ƏƏSMN tərəfindən).
pensiya əlavəsi (aylıq) - şəhid ailə üzvlərinin əmək pensiyasına 93,5 manat əlavə hesablanır (ƏƏSMN tərəfindən).
ailə başçısını itirməyə görə müavinət (aylıq) - şəhidin pensiya hüququ olmadıqda hər bir ailə üzvü 80 manat məbləğində müavinət alır (ƏƏSMN tərəfindən).
mənzil təminatı - 01.01.2014-cü ilədək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəhid ailə üzvlərinin mənzil və ya fərdi evlə təmin edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılır. Bu tarixdən sonra yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
sanatoriya-kurort müalicəsi - şəhid ailə üzvləri tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində pulsuz sanatoriya-kurort müalicəsi ilə təmin edilirlər (ƏƏSMN tərəfindən).
təhsil - şəhid uşaqları təhsil haqqını ödəməkdən azad olunurlar (Təhsil Nazirliyi tərəfindən).

Keçidlər