Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri davam edir

29 dekabr 2020 | 16:00

Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, Balakən rayonunda sərtləşdirilmiş karantin rejimi qaydalarının təmin olunması üçün nəzarət tədbirləri davam etdirilir.
   Rayon icra hakimiyyəti başçısı aparatının məsul nümayəndələrindən və polis əməkdaşlarından ibarət mobil qruplar sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar müəyyənləşdirilmiş qaydalara əməl olunmasını təmin etmək üçün ticarət, ictimai iaşə və digər obyektlərdə reydlər keçirir, əhalinin sıx toplaşdığı ərazilərdə maarifləndirici təbliğat işləri aparırlar.
   Reydlər zamanı vətəndaşlara gigiyena qaydalarına riayət edilməsinin, sosial məsafənin saxlanılmasının vacibliyi, açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi və parça maska, respirator və sair) istifadə edilməsinin məcburiliyi izah olunur, tövsiyələr verilir. Eyni zamanda, karantin qaydalarını pozan ticarət və ictimai iaşə obyektlərinin sahibləri, həmçinin vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilirlər.                                

Keçidlər