Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə müsabiqə qalibləri mükafatlandırılıblar

13 fevral 2021 | 16:00

Qanlı Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Balakən Rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən “20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq tarixidir” mövzusunda rəsm və inşa yazı müsabiqələrinin qalibləri məlum olub.
   Müsabiqələrə məktəblilər tərəfindən 82 rəsm əsəri və 18 inşa yazı təqdim olunub. Yekun nəticələrə əsasən, rəsm müsabiqəsində Gərəkli kənd tam orta məktəbin şagirdi Samir Xəlilov qalib gəlib. İtitala kənd tam orta məktəbin şagirdi Surac Mahmayev və Poşbinə kənd 1 saylı tam orta məktəbin şagirdi Həlimə Ömərova ikinci və üçüncü yerləri tutublar. İnşa yazı müsabiqəsinin qalibi adına isə Balakən şəhər 2 saylı tam orta məktəbin şagirdi Milana Bayramova layiq görülüb. Sonrakı yerlərə Katex kənd 2 saylı və Kortala kənd tam orta məktəblərin şagirdləri Ruqiyyət Kahayeva və Əmrulla Mikayılov layiq görülüblər.
   Müsabiqələrin qalibləri diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Keçidlər