Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il Balakəndə 2 min hektaradək sahədə tərəvəz əkini proqnozlaşdırılır

16 mart 2021 | 16:00

Tərəvəzçilik Balakən rayonunda kənd əhalisinin əsas gəlir mənbələrindən biri hesab olunur. Cari ildə rayonda 2 min hektaradək sahədə tərəvəz əkini proqnozlaşdırılır. Məhsul istehsalçıları əvvəlki illərdə olduğu kimi, yenə də faraş tərəvəz əkininə, əsasən də xiyar yetişdirilməsinə böyük maraq göstərirlər. Hazırda rayonun əksər kəndlərində istixana şəraitində faraş tərəvəz yetişdirilir. İstehsalçılar aprelin ortalarından başlayaraq bazara ilk məhsullarını çıxaracaqlar.
   Qeyd edək ki, ötən il balakənli fermerlər 1943 hektar tərəvəz sahəsindən 27 min 955 ton məhsul əldə ediblər. Hər hektardan orta hesabla 144 sentnerədək məhsul götürülüb. Hektardan məhsuldarlıq əvvəlki illə müqayisədə 12,7 sentner artıb.

Keçidlər