Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə xüsusi karantin rejimi ilə bağlı reydlər davam edir

31 mart 2021 | 16:00

Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, Balakən  rayonunda xüsusi karantin rejimi qaydalarının təmin olunması üçün nəzarət tədbirləri davam etdirilir.
   Mart ayının 31-də Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin və hüquq mühafizə orqanlarının rəhbərlərinin iştirakı şəhər ərazisində növbəti reyd keçirilib. Reyd zamanı Operativ Qərargah tərəfindən müəyyən edilən tələb və qaydaların təmin olunması, ictimai nəqliyyatdan istifadə, sosial məsafənin qorunması, tibbi maskalardan istifadənin məcburiliyi vətəndaşların diqqətinə çatdırılıb, tövsiyələr verilib. Eyni zamanda, karantin rejimi qaydalarını pozan vətəndaşlar,  sürücülər və obyekt sahibləri barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati tədbirlər görülüb.
   Davamlı olaraq həyata keçirilən nəzarət tədbirlərinin məqsədi koronavirus infeksiyasının fəsadları barədə əhalini maarifləndirmək, təhlükəli virusun yayılmasının qarşısını almaq, Operativ Qərargahın tələblərinə əməl edilməsinin vacibliyini vətəndaşlara izah etməkdir.                                                                                                                                                      

Keçidlər