Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkəmizdə uşaqların qayğısız böyümələri üçün hər cür şərait yaradılıb.

01 iyun 2021 | 16:00

Əlamətdar gün münasibətilə iyunun 1-də Balakən Rayon İcra Hakimiyyətinin və Gənclər Evi Sosial Xidmət Müəssisənin təşkilatçılığı ilə uşaqlar üçün bayram şənliyi keçirilib. Tədbirdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar, şəhid və aztəminatlı ailələrin övladları könüllüləri iştirak ediblər. Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçirilən tədbirdə uşaqların əl işlərindən ibarət satış sərgisi təşkil olunub. Tədbirdə ölkəmizdə uşaqlara göstərilən yüksək dövlət qayğısından danışılıb, onların sağlamlıqlarının qorunması, qayğısız böyümələri, təlim-tərbiyəsi istiqamətində davamlı iş aparıldığı vurğulanıb.Uşaqlara bayram hədiyyələri təqdim olunub. Həmin gün şəhid ailələrinə də baş çəkilib, şəhid övladlarına hədiyyələr təqdim olunub.
   Həmçinin rayonda fəaliyyət göstərən uşaq bağçalarında bayram şənlikləri təşkil olunub. Tədbirlərdə uşaqlar şeir söyləyib, mahnı oxuyub, rəqs ediblər.

                                      

Keçidlər