Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda Ulu Öndər Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib

15 iyun 2021 | 16:00

     15 İyun-Milli Qurtuluş Günü münasibətilə əlaqədar Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, icra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri Ulu Öndərin abidəsini ziyarət ediblər. Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ucaldılan ulu öndərin abidəsi önünə gül-çiçək düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
    Qeyd edək ki, 15 İyun-Milli Qurtuluş Günü əlaqədar Balakən rayonunda pandemiya şəraitinə uyğun olaraq silsilə təbdirlər keçirilir. Keçirilən tədbirlərdə ötən illər ərzində ölkəmizin böyük inkişaf yolu keçdiyi, inkişaf strategiyamızın məhz Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirildiyi,  bu ideyaların Pezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyi, həmin siyasətin ən əhəmiyyətli uğurlarından biri kimi İkinci Qarabağ müharibəsində möhtəşəm Qələbənin qazanıldığı bildirilib.                            

                

Keçidlər