Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə tibb işçilərinin peşə bayramı günü qeyd olunub.

17 iyun 2021 | 16:00

     Rayon mərkəzi xəstəxanasının iclas zalında karantin rejimi qaydalarına uyğun keçirilən yığıncaqda RİHB-nın müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Rüstəmova  tibb işçilərini peşə bayramı günü münasibətilə təbrik edərək son illər Azərbaycanda səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tibbi texnologiyaların tətbiqi, kadr hazırlığı sahəsində görülən işlər və qazanılan uğurlar barədə danışıb. Ölkəmizdə səhiyyənin inkişafından, Prezident İlham Əliyevin diqqət və qayğısından bəhs edən N.Rüstəmova  dünyanı cənginə alan koronavirusla mübarizədə əldə olunan uğurların məhz bu diqqətin, bu qayğının nəticəsi olduğunu söyləyib.
     Yığıncaqda çıxış edən rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru Dilbər Quliyeva dövlətimiz tərəfindən səhiyyəyə göstərilən qayğıdan, əhalinin sağlamlığının qorunması istiqamətində möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlərdən bəhs ediblər. D.Quliyeva bildirib ki, bu peşə bayramı ulu öndər Heydər Əliyevin Azərbaycan səhiyyəsinə hədiyyəsidir. Ümummilli liderin 2001-ci ildə imzaladığı Sərəncamla Tibb İşçilərinin peşə bayramı gününü təsis etməsi onun, tibb işçilərinin zəhmətinə yüksək dəyər verməsinin göstəricisidir.
     Təntənəli yığıncaqda bir qrup qabaqcıl tibb işçisinə göstərdikləri xidmətə görə və Tibb İşçilərinin Peşə Bayramına Günü münasibətilə rayon icra hakimiyyətinin fəxr fərmanı verilib.

                     

Keçidlər