Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə “26 iyun – Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə günü”nə həsr olunan video-konfrans keçirilib

25 iyun 2021 | 16:00

Balakən rayonunda  26 iyun - Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə  qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunan onlayn video-konfrans keçirilib.
   Rayon ictimaiyyətinin, səhiyyə işçilərinin, fəal gənclərin qatıldığı konfransı giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Balakən Rayon Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının sədri Azad Balayev bu cür tədbirlərin maarifləndirici əhəmiyyətindən danışaraq narkomaniya və onun cəmiyyətdə törətdiyi fəsadlar haqqında ətraflı məlumat verib.
   Narkomaniyanın bütün dünyanı narahat edən problem olduğunu qeyd edən natiq, ölkələrin və bir çox beynəlxalq təşkilatların bu bəlanın qarşının alınması istiqamətində işlərin aparıldığını vurğulayıb. Bildirib ki, narkomaniyanın daha geniş insan kütləsini öz təsiri altına almaması üçün ölkəmizdə də maarifləndirmə işlərinin aparılmasına böyük ehtiyac vardır.
   Vurğulanıb ki, ölkəmizdə son illərdə bu istiqamətdə aparılan işlərə baxmayaraq, narkomaniyaya meylli insanların sayında artım müşahidə olunur.   Həmçinin xüsusi olaraq nəzərə çatdırılmışdır ki, Azərbaycanda narkotikə aludə olmuş şəxslərin 17 faizinin gənclər təşkil edir və bu göstərici digər ölkələrlə müqayisədə aşağı olsa da, narahatlıq doğurmaya bilməz.
   Daha sonra RİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fariz Nəcəfov, Rayon Təhsil Şöbəsinin nümayəndəsi Cavanşir  Alqayev, MRX-nın həkimi Şirin Abbasov,  rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi  Nurlan Şibliyev çıxış edərək “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram”ın uğurla həyata keçirildiyini, bundan sonra da geniş ictimaiyyətin bu bəşəri bəla ilə mübarizəyə cəlb olunmasının vacibliyini dilə gətiriblər.                                                                                                                                                                                  

Keçidlər