Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə şəhidlərin doğum günü qeyd olunub

16 iyul 2021 | 16:00

Balakən rayonundan torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Muradov Kənan Cavid oğlunun 19-cu və Əliyev İmam Səfər oğlunun  isə 23-cü doğum günü məzarları yanında anılıb. Anım mərasimində Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Milli Məclisin deputatı Kamilə Əliyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbərliyi, şəhidin yaxınları iştirak ediblər. Ziyarətçilər şəhidin ailə üzvlərinə başsağlığı verib, məzarı üstünə gül dəstələri qoyaraq, ruhuna dualar oxuyub.
   Çıxış edənlər şəhidlərin keçdiyi qısa və şərəfli ömür yolundan danışıb və şəhidlərimizin qanının yerdə qalmadığını bildiriblər. Qeyd olunub ki, 2020-ci ilin sentyabrın 27-dən başlayan Vətən müharibəsində Kənan Muradov və İmam Əliyev iştirak edərək böyük qəhrəmanlıqlar nümayiş etdiriblər. Azərbaycan torpaqlarının düşmən işğalından azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıblar. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə ölümündən sonra Kənan Muradov “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunması görə”, İmam Əliyev isə “Vətən uğrunda” medalı ilə təltif edilib.
   Şəhid yaxınları oğullarının Vətənə sədaqətindən, torpaqlarımızın azad edilməsi uğrundakı mübarizəyə necə ürəklə yollanmalarından, onların qısa, lakin şərəfli ömür yolundan danışmış, şəhidlərin xatirəsinin əziz tutulması, şəhid ailələrinə göstərilən diqqət və qayğıkeşliyə görə Prezident İlham Əliyevə minnətdar olduqlarını bildiriblər.
   Daha sonra I Qarabağ müharibəsi şəhidi Soltan Mehdiyevin adını daşıyan bulaq komplek¬sinin açılış mərasimi keçirilib. Çıxış edənlər bulağın inşa edilməsində əziyyəti olan hər kəsə təşəkkürlərini bildiriblər. Tədbirdə Hənifə kənd tam orta məktəbinin şagirdləri tərəfindən hazırlanmış kom¬pozisiya nümayiş etdirilib.

   Balakən Rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi tərəfindən Qurban bayramı münasibətil şəhid ailələrinə ərzaq yardımı göstərilib.                                                                    

Keçidlər