Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Şəhidləri

Novruzov Amin Taciddin oğlu


 

Doğum tarixi: 16.08.1996
Doğum yeri: Balakən rayonu, Qullar kəndi
Vəfat tarixi: 02.11.2020 (24 yaşında)
Vəfat yeri: Zəngilan rayonu
Qoşun növü: Sərhəd Qoşunları
Rütbəsi: Kiçik gizir

Amin Novruzov 1996-cı il avqustun 16-da Balakən rayonunun Qullar kəndində anadan olub. 2002-2013-cü illərdə Qullar kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
   2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. 2017-ci ildən isə Dövlət Sərhəd Xidmətinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
   Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Amin Novruzov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amin Novruzov noyabrın 2-də Zəngilan döyüşləri zamanı şəhid olub. Balakən şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Amin Novruzova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amin Novruzov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
   Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Amin Novruzov ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

 

Alqayev Harun Məhəmməd oğlu


Doğum tarixi: 14.07.1992
Doğum yeri: Balakən rayonu, Gərəkli kəndi

Vəfat tarixi: 10.10.2020 (28 yaşında)
Vəfat yeri: Xocavənd rayonu, Hadrut qəsəbəsi

Qoşun növü: Xüsusi Təyinatlı Qüvvələr
Rütbəsi: Baş leytenant

Harun Alqayev 1992-ci il iyulun 14-də Balakən rayonunun Gərəkli kəndində anadan olub. 1998-2006-cı illərdə Balakən şəhərində İ. Nəsimi adına 2 nömrəli tam orta məktəbdə, 2007-2010-cu illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi.
   2014-cü ildə AAHM-i bitirdikdən sonra Ali Hərbi Məktəbin Təlim Tədris Mərkəzində (TTM) 1 il təhsil almış və 2015-ci ildə leytenant rütbəsi alaraq Goranboy rayonunda N saylı hərbi hissədə  kəşfiyyat taqım komandiri vəzifəsində çalışmağa başlamışdır. 2016-cı ildə müşahidə kəşfiyyat taqım komandiri vəzifəsində çalışmışdır.
   Harun Alqayevdə bir kəşfiyyatçıda olmalı olan  bütün keyfiyyətlər  cəmləşirdi. İşinin peşəkarı idi. Buna sübut olaraq onun erməni ve rus dillərini mükəmməl bilməsini, dəfələrlə kəşfiyyat məqsədilə erməni işğalı altında olan torpaqlarımıza sızaraq çox əhəmiyyətli məlumatlar əldə etməsini, idarə etdiyi dronla cəkiliş etməsi və həmin çəkilişlərə əsaslanaraq döyüş planı xəritələri çəkməsini misal göstərmək olar. Qeyd etdiyimiz kimi dəfələrlə düşmən tərəfə sızan Harunun bu fəaliyyəti sonradan düşmənin əks kəşfiyyatına məlum olmuş və Harun adı türk adına bənzədiyindən düşmən tərəfi Harunu “Türk  Harun”  adlandırmışdır. Düşmən tərəfi Harunu tapmağa nə qədər çalışsalar da buna nail olmamışlar. 2018-ci ildə Harun Alqayev baş leytenant rütbəsini almış, 2020-ci ilin mart ayında  N saylı hərbi hissənin kəşfiyyat bölüyünün komandiri vəzifəsinə təyin olunmuşdur. 2 ay bu vəzifədə calışdıqdan sonra Harun Alqayev arzusunda olduğu Xüsusi Təyinatlı Qüvvələrin heyətinə qoşulmuş və heyətində olduğu qurupun baş kəşfiyyatçısı vəzifəsini layiqincə yerinə yetirmişdir.
   Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş leytenantı olan Harun Alqayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın, Kəlbəcərin, Cəbrayılın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına savaşıb. Harun Alqayev oktyabrın 10-da Xocavənd rayonu uğrunda gedən döyüşlər zamanı Hadrut qəsəbəsində düşmənin snayper atəşi nəticəsində şəhidlik zirvəsinə ucalıb. Balakən şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
   Harun Alqayev dronu çox gözəl idarə edirdi. Harunla eyni hərbi hissədə xidmət edən polkovnik  Süleyman Əliyevin söylədiklərinə görə hal-hazırda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində gənc zabitlərin yetişdirilməsində dərslik kimi məhz Harunun çəkdiyi dron çəkilişləri və xəritələrdən də istifadə olunur.
   Azərbaycan Respublikası Müdafiə Nazirinin 21 iyun 2013-cü il tarixli müvafiq əmrinə əsasən Harun Alqayev 2013-cü ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı ilə təltif olunmuşdur.
   Azərbaycan Respublikası Müdafiə Nazirinin 20 iyun 2019-cu il tarixli müvafiq əmrinə əsasən Harun Alqayev 2019-cu ildə "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunmuşdur.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Harun Alqayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
   Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Harun Alqayev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilmişdir.
   Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Harun Alqayev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
   Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Harun Alqayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
   Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Harun Alqayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
   Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Harun Alqayev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.
   Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Harun Alqayev ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

 

Rəşidov Tural Fazil oğlu


Doğum tarixi: 30.05.1989
Doğum yeri: Balakən rayonu, Tülü kəndi
Vəfat tarixi: 15.10.2020 (31 yaşında)
Vəfat yeri: Füzuli rayonu
Qoşun növü: Xüsusi Təyinatlı Qüvvələr
Rütbəsi: Gizir

Tural Rəşidov 1989-cu il mayın 30-da Balakən rayonunun Tülü kəndində anadan olub. 1995-2006-cı illərdə Balakən rayonunun İ.Nəsimi adına 2 saylı tam orta məktəbində təhsil alıb. Ailəli idi. Üç oğlu yadigar qaldı.
   Tural Rəşidov 2007-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. 2010-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayonuna yerləşən “N” saylı hərbi hissəsində “gizir” hərbi rütbəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Tural Rəşidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Tural Rəşidov oktyabrın 15-də Füzuli döyüşləri zamanı Qarğabazar adlı təpədə şəhid olub. Balakən Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
   Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Rəşidov ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilmişdir.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Rəşidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
   Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Rəşidov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
   Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Rəşidov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
   2018-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrlərinə əsasən Tural Rəşidov "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə və 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif olunmuşdur.
   Azərbaycan Respublikası Müdafiə Nazirinin 24 dekabr 2020-ci il tarixli əmrinə əsasən Tural Rəşidov ölümündən sonra “Şücaətə görə” medalı ilə təltif olunmuşdur.

 

Əlisoltanov Vahid Tahir oğlu


Doğum tarixi: 10.11.1994
Doğum yeri: Balakən rayonu, Gərəkli kəndi
Vəfat tarixi: 24.10.2020 (25 yaşında)
Vəfat yeri: Qubadlı rayonu
Qoşun növü: Quru Qoşunları
Rütbəsi: Gizir

Vahid Əlisoltanov 1994-cü il noyabrın 10-da Balakən rayonunun Gərəkli kəndində anadan olub. 2011-2012-ci illərdə M. Müşfiq adına Gərəkli kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
   Vahid Əlisoltanov 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun giziri olan Vahid Əlisoltanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vahid Əlisoltanov oktyabrın 24-də Qubadlı döyüşləri zamanı şəhid olub. Balakən şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vahid Əlisoltanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
   Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vahid Əlisoltanov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
   Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vahid Əlisoltanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
   Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vahid Əlisoltanov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.
   2018-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrinə əsasən Vahid Əlisoltanov "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşdur.

 

Omarov Vüsal Şəmsəddin oğlu

Doğum tarixi: 07.07.1989
Doğum yeri: Kemerovo vilayəti, Rusiya SFSR
Vəfat tarixi: 28.09.2020 (31 yaşında)
Vəfat yeri: Cəbrayıl rayonu
Qoşun növü: Quru Qoşunları
Rütbəsi: Gizir

Vüsal Omarov 1989-cu il iyulun 7-də Kemerovo vilayətində anadan olub. 1995-2006-cı illərdə Poştbinə 1 saylı kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. 2 qızı yadigar qaldı.
   Vüsal Omarov 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2012-ci ildən isə Azərbaycan Silahlı Qüvvələrinin giziri kimi tankçı vəzifəsində xidmətə başlayıb. Azərbaycan Ordusunun giziri olan Vüsal Omarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal Omarov sentyabrın 28-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Balakən şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Omarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
   Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Omarov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
   Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Omarov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
   Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Omarov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.
   Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrlərinə əsasən Vüsal Omarov 2013-cü ildə "Azərbaycan Ordusunun 95 illiyi (1918–2013)" Azərbaycan Respublikasının yubiley medalı ilə, 2018-ci ildə isə "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşdur.

 

Paxırov Elsevər Eyvaz oğlu


Doğum tarixi: 19.07.1997
Doğum yeri: Balakən şəhəri
Vəfat tarixi: 09.10.2020 (23 yaşında)
Vəfat yeri: Xocavənd rayonu, Hadrut qəsəbəsi
Qoşun növü: Sərhəd Qoşunları
Rütbəsi: Kiçik gizir

Elsevər Paxırov 1997-ci il iyulun 19-da Balakən şəhərində anadan olub. 2004-2015-ci illərdə Hənifə kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
   Elsevər Paxırov 2015-2017-ci illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə "kiçik gizir" hərbi rütbəsində xidmət edirdi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Elsevər Paxırov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elsevər Paxırov oktyabrın 9-da Hadrut döyüşləri zamanı şəhid olub. Balakən şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Paxırov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
   Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Paxırov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.
   Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Paxırov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

 

Şindiyev Elməddin Həmid oğlu


Doğum tarixi: 06.03.1995
Doğum yeri: Balakən rayonu, Talalar kəndi
Vəfat tarixi: 10.10.2020 (25 yaşında)
Vəfat yeri: Tərtər rayonu
Qoşun növü: Quru Qoşunları
Rütbəsi: Əsgər, MAHHXHQ

Elməddin Şindiyev 1995-ci il martın 6-da Balakən rayonunun Talalar kəndində anadan olub. 2001-2012-ci illərdə 2 saylı Talalar kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi.
   Elməddin Şindiyev 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvanda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elməddin Şindiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elməddin Şindiyev oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Balakən şəhərinin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Şindiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
   Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Şindiyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
   Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Şindiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.

 

Kərimov Elmir Rəhim oğlu


Doğum tarixi: 26.05.1998
Doğum yeri: Balakən rayonu, Hənifə kəndi
Vəfat tarixi: 01.10.2020 (22 yaşında)
Vəfat yeri: Tərtər rayonu
Qoşun növü: Quru Qoşunları
Rütbəsi: Əsgər, MAHHXHQ

Elmir Kərimov 1998-ci il mayın 26-da Balakən rayonunun Hənifə kəndində anadan olub. 2004-2015-ci illərdə Z.Əliyeva adına 3 saylı Balakən şəhər tam orta məktəbində təhsil alıb. Subay idi.
   Elmir Kərimov 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Elmir Kərimov 2018-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elmir Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elmir Kərimov Suqovuşan döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Hənifə kəndində torpağa tapşırılıb.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Kərimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
   Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elmir Kərimov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
   Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elmir Kərimov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.

 

Qurdayev Ömər Şəhmir oğlu


Doğum tarixi: 13.07.2002
Doğum yeri: Balakən rayonu, Meşəşambul kəndi
Vəfat tarixi: 27.09.2020 (18 yaşında)
Vəfat yeri: Füzuli rayonu
Qoşun növü: Quru Qoşunları
Rütbəsi: Əsgər

Ömər Qurdayev 2002-ci il iyulun 13-də Balakən rayonunun Meşəşambul kəndində anadan olub. 2008-2019-cu illərdə M. Hudulov adına Meşəşambul kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
   Ömər Qurdayev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Ömər Qurdayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ömər Qurdayev sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Meşəşambul kəndində dəfn olunub.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ömər Qurdayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
   Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ömər Qurdayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
   Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ömər Qurdayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
   Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ömər Qurdayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.

 


Muradov Kənan Cavid oğlu


Doğum tarixi: 16.07.2002
Doğum yeri: Balakən rayonu, Gərəkli kəndi
Vəfat tarixi: 06.10.2020 (18 yaşında)
Vəfat yeri: Cəbrayıl rayonu
Qoşun növü: Quru Qoşunları
 Rütbəsi: Əsgər

Kənan Muradov 2002-ci il iyulun 16-da Balakən rayonunun Gərəkli kəndində anadan olub. 2008-2019-cu illərdə M.Müşfiq adına Gərəkli kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
   Kənan Muradov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Kənan Muradov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Kənan Muradov oktyabrın 6-da Cəbrayıl döyüşləri zamanı şəhid olub. Balakən Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Muradov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
   Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Muradov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
   Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kənan Muradov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.

 


Əliyev İmam Səfər oğlu


Doğum tarixi: 16.07.1998
Doğum yeri: Balakən rayonu, İtitala kəndi
Vəfat tarixi: 07.10.2020 (22 yaşında)
Vəfat yeri: Tərtər rayonu
Qoşun növü: Quru Qoşunları
Rütbəsi: Əsgər

İmam Əliyev 1998-ci il iyulun 16-da Balakən rayonunun İtitala kəndində anadan olub. 2004-2015-ci illərdə A.Balayev adına İtitala kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
   İmam Əliyev 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan İmam Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Talış və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. İmam Əliyev oktyabrın 7-də Talış kəndi istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Balakən rayonunun İtitala kəndində torpağa tapşırılıb.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İmam Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
   Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İmam Əliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilmişdir.
   Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İmam Əliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

 


Mamedov Elmar Elçin oğlu


Doğum tarixi: 07.07.2001
Doğum yeri: Balakən rayonu, Mahamalar kəndi
Vəfat tarixi: 06.10.2020 (19 yaşında)
Vəfat yeri: Tərtər rayonu
Qoşun növü: Quru Qoşunları
Rütbəsi: Əsgər

Elmar Mamedov 2001-ci il iyulun 7-də Balakən rayonunun Mahamalar kəndində anadan olub. 2008-2019-cu illərdə R.Baxışov adına 218 saylı Binə qəsəbə tam orta məktəbində təhsil alıb. Subay idi.
   Elmar Mamedov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elmar Mamedov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elmar Mamedov oktyabrın 6-da Tərtər istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Balakən Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Mamedov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
   Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elmar Mamedov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
   Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elmar Mamedov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.

 


Qaracayev Nurlan Ömər oğlu


Doğum tarixi: 10.05.1999
Doğum yeri: Balakən rayonu, Kortala kəndi
Vəfat tarixi: 08.10.2020 (21 yaşında)
Vəfat yeri: Tərtər rayonu
Qoşun növü: Quru Qoşunları
Rütbəsi: Əsgər

Nurlan Qaracayev 1999-cu il mayın 10-da Balakən rayonunun Kortala kəndində anadan olub. 2005-2016-cı illərdə Q.Nağıyev adına Kortala kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
   Nurlan Qaracayev 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Nurlan Qaracayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Nurlan Qaracayev oktyabrın 8-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Qaracayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
   Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nurlan Qaracayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
   Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nurlan Qaracayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.

 

 

Murtuzov Məhəmməd Ramazan oğlu


Doğum tarixi: 24.06.2002
Doğum yeri: Balakən rayonu, Xalatala kəndi
Vəfat tarixi: 09.10.2020 (18 yaşında)
Vəfat yeri: Füzuli rayonu
Qoşun növü: Quru Qoşunları
Rütbəsi: Əsgər

Məhəmməd Murtuzov 2002-ci il iyunun 24-də Balakən rayonunun Xalatala kəndində anadan olub. 2008-2019-cu illərdə Xalatala kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
   Məhəmməd Murtuzov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Məhəmməd Murtuzov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Məhəmməd Murtuzov oktyabrın 9-da Füzuli döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Xalatala kəndində torpağa tapşırılıb.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Murtuzov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
   Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Murtuzov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
   Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Murtuzov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.

 

 

Məmmədov Kamal Şamil oğlu


Doğum tarixi: 30.07.1998
Doğum yeri: Balakən rayonu, Qullar kəndi
Vəfat tarixi: 16.10.2020 (22 yaşında)
Vəfat yeri: Tərtər rayonu
Qoşun növü: Sərhəd Qoşunları
Rütbəsi: Əsgər

Kamal Məmmədov 1998-ci il iyulun 30-da Balakən rayonunun Qullar kəndində anadan olub. 2004-2015-cı illərdə S.Vurğun adına Qullar kənd tam orta məktəbində, 2015-2019-cu illərdə Azərbaycan Texniki Universitetinin (AzTU) “Maşınqayırma və robototexnika” fakültəsində təhsil alıb. Subay idi.
   Kamal Məmmədov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2019-2020-ci illərdə Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Kamal Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Talış kəndi və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Kamal Məmmədov oktyabrın 16-da Talış kəndi istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Balakən Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamal Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
   Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Kamal Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

 


Əsdiyev Heybullah Məzahir oğlu


Doğum tarixi: 14.10.1993
Doğum yeri: Balakən rayonu, Qaysa kəndi
Vəfat tarixi: 14.10.2020 (27 yaşında)
Vəfat yeri: Tərtər rayonu
Qoşun növü: Quru Qoşunları
Rütbəsi: Əsgər

Heybullah Əsdiyev 1993-cü il oktyabrın 14-də Balakən rayonunun Qaysa kəndində anadan olub. 2000-2011-ci illərdə Üzeyir Hacıbəyov adına Qabaqçöl qəsəbə tam orta məktəbində təhsil alıb. Subay idi.
   Heybullah Əsdiyev 2011-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2011-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Heybullah Əsdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Heybullah Əsdiyev oktyabrın 14-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Qaysa kəndində torpağa tapşırılıb.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Heybullah Əsdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
   Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Heybullah Əsdiyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
   Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Heybullah Əsdiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.

 

 

Nəsibov Xaqani Aydın oğlu


Doğum tarixi: 01.05.1991
Doğum yeri: Balakən rayonu, Kortala kəndi
Vəfat tarixi: 16.10.2020 (29 yaşında)
Vəfat yeri: Tərtər rayonu
Qoşun növü: Quru Qoşunları
Rütbəsi: Əsgər

Xaqani Nəsibov 1991-ci il mayın 1-də Balakən rayonunun Kortala kəndində anadan olub. Onun qardaşı — Ədalət Nəsibov Birinci Qarabağ müharibəsində şəhid olub. 1997-1998-ci illərdə Q. Nağıyev adına Kortala kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
   Xaqani Nəsibov 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Xaqani Nəsibov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə rayonunun və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xaqani Nəsibov oktyabrın 16-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Kortala kəndində dəfn olunub.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaqani Nəsibov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
   Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xaqani Nəsibov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
   Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xaqani Nəsibov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.

 

 

Hüseyinov Əsgər Vaqif oğlu


Doğum tarixi: 23.12.1998
Doğum yeri: Balakən rayonu, Kortala kəndi
Vəfat tarixi: 25.10.2020 (21 yaşında)
Vəfat yeri: Xocavənd rayonu
Qoşun növü: Quru Qoşunları
Rütbəsi: Əsgər

Əsgər Hüseyinov 1998-ci il dekabrın 23-də tarixində Balakən rayonunun Kortala kəndində anadan olub. 2004-2012-ci illərdə Q.Nağıyev adına Kortala kənd tam orta məktəbində təhsil alıb. 2012-ci ildən Zaqatala rayonunda Əliabad İslam Mədrəsəsində dini təhsil almağa başlayıb. Subay idi.
   Əsgər Hüseyinov 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Əsgər Hüseyinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Xocavənd və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Əsgər Hüseynov oktyabrın 25-də Xocavənd döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Kortala kəndində torpağa tapşırılıb.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əsgər Hüseyinov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
   Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əsgər Hüseyinov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
   Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əsgər Hüseyinov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
   Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əsgər Hüseyinov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.
   Ailə üzvlərinin söylədiklərindən: "Əsgər hər kəslə yaxın münasibətlər qurardı, hər kəsin köməyinə çatardı. Böyük-kiçikli, hər kəsin sevimlisi idi. Evin tək oğlu idi. Hərbi xidmətə getmədən öncə, Vətənimizə, millətimizə qarşı olunan işgəncələrin, vəhşiliklərin, soyqırımların və Şəhid qardaşlarımızın qisasını alacağını, Vətən uğrunda, torpaq uğrunda Şəhid olacağını bildirirdi. Onun arzusu idi Şəhid olmaq..." 
   Əsgərin döyüş yoldaşı, qazi Asif Məmmədovun dediklərindən: "Döyüş gedirdi. Mən qolumdan və ayağımdan yaralandım. Əsgər məni belinə alıb, döyüş meydanından çıxarib qoydu. Ayağımı və qolumu sarıdı, yanıma isə qumbara qoyaraq, aşağıdakıları söylədi: "Mən gedirəm 6-7 erməni qalıb, onları öldürməyə. Gəlib səni aparacam. Sənin övladların var, qoymaram ki sən Şəhid olasan. Əgər gələ bilməsəm, erməninin gəldiyini görsən, qumbaranı partlat, düşmənə əsir düşmə." Asif Məmmədov daha sonra bildirir ki, Əsgər tək məni yox, onlarla digər yaralı döyüş yoldaşımızı da xilas edib.

 


Şabanov Fuad Rasim oğlu


Doğum tarixi: 11.07.1997
Doğum yeri: Balakən rayonu, Püştətala kəndi
Vəfat tarixi: 25.10.2020 (23 yaşında)
Vəfat yeri: Füzuli rayonu
Qoşun növü: Quru Qoşunları
Rütbəsi: Əsgər

Fuad Şabanov 1997-ci il iyulun 11-də Balakən rayonunun Qaravəli kəndində anadan olub. 2003-2014-cü illərdə Ə.Şirinov adına Qaravəli kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
   Fuad Şabanov 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Fuad Şabanov 2016-ci ilin 2-5 aprelində baş verən döyüşlərin iştirakçısı olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Fuad Şabanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib. Fuad Şabanov oktyabrın 25-də Füzuli döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Püştətala kəndində torpağa tapşırılıb.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Şabanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
   Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Şabanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
   Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Şabanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
   Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fuad Şabanov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.

 

 

Keçiliyev Turqut Aydın oğlu


Doğum tarixi: 26.11.1997
Doğum yeri: Balakən rayonu, Hənifə kəndi
Vəfat tarixi: 25.10.2020 (22 yaşında)
Vəfat yeri: Füzuli rayonu
Qoşun növü: Quru Qoşunları
Rütbəsi: Əsgər

Turqut Keçiliyev 1997-ci il noyabrın 26-da Balakən rayonunun Hənifə kəndində anadan olub. 2004-2015-ci illərdə 1 saylı Qazma kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
   Turqut Keçiliyev 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Turqut Keçiliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Xocavənd və Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Turqut Keçiliyev oktyabrın 25-də Füzuli döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Hənifə kəndində torpağa tapşırılıb.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Turqut Keçiliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
   Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Turqut Keçiliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
   Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Turqut Keçiliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
   Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Turqut Keçiliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.

 

Mollaçiyev Əhməd Rəcəb oğlu


Doğum tarixi: 02.11.1997
Doğum yeri: Balakən rayonu, Püştətala kəndi
Vəfat tarixi: 25.10.2020 (22 yaşında)
Vəfat yeri: Füzuli rayonu
Qoşun növü: Quru Qoşunları
Rütbəsi: Əsgər

Əhməd Mollaçiyev 1997-ci il noyabrın 2-də Balakən rayonunun Mollaçıbinə kəndində anadan olub. 2004-2013-cü illərdə Ə.Şirinov adına Qaravəli kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
   Əhməd Mollaçiyev 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. Əhməd Mollaçiyev 2016-ci ilin 2-5 aprelində baş verən döyüşlərin iştirakçısı olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Əhməd Mollaçiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib. Əhməd Mollaçiyev oktyabrın 25-də Füzuli döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Mollaçıbinə kəndində torpağa tapşırılıb.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhməd Mollaçiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
   Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhməd Mollaçiyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
   Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhməd Mollaçiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
   Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əhməd Mollaçiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.

 

Qalayçiyev Faiq İsrafil oğlu


Doğum tarixi: 16.12.2001
Doğum yeri: Balakən rayonu, Kortala kəndi
Vəfat tarixi: 02.11.2020 (18 yaşında)
Vəfat yeri: Zəngilan rayonu
Qoşun növü: Sərhəd Qoşunları
Rütbəsi: Əsgər

Faiq Qalayçiyev 2001-ci il dekabrın 16-da Balakən rayonunun Kortala kəndində anadan olub. 2008-2019-cu illərdə Q.Nağıyev adına Kortala kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
   Faiq Qalayçiyev 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Faiq Qalayçiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Faiq Qalayçiyev noyabrın 2-də Zəngilan döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Kortala kəndində torpağa tapşırılıb.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Faiq Qalayçiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
   Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Faiq Qalayçiyev ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilmişdir.
   Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Faiq Qalayçiyev ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

 

Sarkayev Nəcməddin Əli oğlu

 


 

Doğum tarixi: 09.10.1999
Doğum yeri: Balakən rayonu, Şərif kəndi
Vəfat tarixi: 06.11.2020 (21 yaşında)
Vəfat yeri: Tərtər rayonu
Qoşun növü: Quru Qoşunları
Rütbəsi: Əsgər

Nəcməddin Sarkayev 1999-cu il oktyabrın 9-da Balakən rayonunun Şərif kəndində anadan olub. 2006-2017-ci illərdə N.Davudov adına 1 saylı Şərif kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
   Nəcməddin Sarkayev 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Nəcməddin Sarkayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Nəcməddin Sarkayev noyabrın 6-da Ağdərə döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Şərif kəndində torpağa tapşırılıb.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nəcməddin Sarkayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
   Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nəcməddin Sarkayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
   Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nəcməddin Sarkayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.

 

Mollayev İslam Şəmsəddin oğlu


Doğum tarixi: 18.12.1996
Doğum yeri: Balakən rayonu, Püştətala kəndi
Vəfat tarixi: 13.10.2020 (23 yaşında)
Vəfat yeri: Tərtər rayonu
Qoşun növü: Xüsusi Təyinatlı Qüvvələr
Rütbəsi: Əsgər


İslam Mollayev 1996-cı il yanvarın 18-də Balakən rayonunun Püştətala kəndində anadan olub. 2003-2014-cü illərdə Ə.Şirinov adına Qaravəli kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
   İslam Mollayev 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Qusar rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan İslam Mollayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib. İslam Mollayev oktyabrın 13-də Ağdərə döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Püştətala kəndində torpağa tapşırılıb.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İslam Mollayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
   Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İslam Mollayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
   Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İslam Mollayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.

 

İbadov Faiq İsmixan oğlu


Doğum tarixi: 31.05.1993
Doğum yeri: Balakən rayonu, Sarıbulaq kəndi
Vəfat tarixi: 01.10.2020 (27 yaşında)
Vəfat yeri: Tərtər rayonu
Qoşun növü: Quru Qoşunları
Rütbəsi: Əsgər

Faiq İbadov 1993-cü il mayın 31-də Balakən rayonunun Sarıbulaq kəndində anadan olub. 1999-2010-cu illərdə M.F.Axundov adına Sarıbulaq kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir oğlu yadigar qaldı.
   Faiq İbadov 2011-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2011-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Faiq İbadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Faiq İbadov oktyabrın 1-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Sarıbulaq kəndində torpağa tapşırılıb.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Faiq İbadov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
   Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Faiq İbadov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
   Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Faiq İbadov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.

 

Abdullayev Məhəmməd Ramazan oğlu


Doğum tarixi: 03.05.1992
Doğum yeri: Balakən rayonu, Talalar kəndi
Vəfat tarixi: 16.10.2020 (28 yaşında)
Vəfat yeri: Tərtər rayonu
Qoşun növü: Quru Qoşunları
Rütbəsi: Əsgər

Məhəmməd Abdullayev 1992-ci il mayın 3-də Balakən rayonunun Talalar kəndində anadan olub. 1998-2009-cu illərdə 2 saylı Talalar kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
   Məhəmməd Abdullayev 2010-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Məhəmməd Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib. Məhəmməd Abdullayev oktyabrın 16-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Balakən Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
   Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Abdullayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
   Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Abdullayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.

 

Yüzbaşiyev Cavid Cavanşir oğlu


Doğum tarixi: 20.07.1995
Doğum yeri: Balakən rayonu, Hənifə kəndi
Vəfat tarixi: 16.10.2020 (25 yaşında)
Vəfat yeri: Tərtər rayonu
Qoşun növü: Quru Qoşunları
Rütbəsi: Əsgər

Cavid Yüzbaşiyev 20 iyul 1995-ci ildə Balakən rayonunun Hənifə kəndində anadan olub. 2002-2013-cü illərdə M.P.Vaqif adına 1 saylı Tülü kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
   Cavid Yüzbaşiyev 2014-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Cavid Yüzbaşiyev 2016-ci ilin 2-5 aprelində baş verən döyüşlərin iştirakçısı olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Cavid Yüzbaşiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Cavid Yüzbaşiyev oktyabrın 16-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Hənifə kəndində torpağa tapşırılıb.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Yüzbaşiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
   Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cavid Yüzbaşiyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
   Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cavid Yüzbaşiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.

 

Təmirov Yusif Azər oğlu


Doğum tarixi: 28.09.1995
Doğum yeri: Balakən rayonu, Katex kəndi
Vəfat tarixi: 05.10.2020 (25 yaşında)
Vəfat yeri: Tərtər rayonu
Qoşun növü: Quru Qoşunları
Rütbəsi: Əsgər

Yusif Təmirov 1995-ci il sentyabrın 28-də Balakən rayonunun Katex kəndində anadan olub. 2001-2012-cü illərdə S.Qurbanov adına 1 saylı Katex kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
   Yusif Təmirov 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Yusif Təmirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib. Yusif Təmirov oktyabrın 5-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Katex kəndində torpağa tapşırılıb.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yusif Təmirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
   Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Yusif Təmirov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
   Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Yusif Təmirov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.

 

Hacıyev Qurban Əsəbəli oğlu


Doğum tarixi: 19.04.1997
Doğum yeri: Balakən rayonu, Mahamalar kəndi
Vəfat tarixi: 30.09.2020 (23 yaşında)
Vəfat yeri: Tərtər rayonu
Qoşun növü: Quru Qoşunları
Rütbəsi: Əsgər

Qurban Hacıyev 1997-ci il aprelin 19-da Balakən rayonunun Mahamalar kəndində anadan olub. 2003-2014-cü illərdə N.Nərimanov adına Mahamalar kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
   Qurban Hacıyev 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Qurban Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib. Qurban Hacıyev sentyabrın 30-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Balakən Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qurban Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
   Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qurban Hacıyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
   Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qurban Hacıyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.

 

Hüseynov Orxan Ələkbər oğlu


Doğum tarixi: 04.03.1996
Doğum yeri: Balakən rayonu, Hənifə kəndi
Vəfat tarixi: 04.10.2020 (24 yaşında)
Vəfat yeri: Kəlbəcər rayonu
Qoşun növü: Quru Qoşunları
Rütbəsi: Əsgər

Orxan Hüseynov 1996-cı il martın 4-də Balakən rayonunun Hənifə kəndində anadan olub. 2003-2012-ci illərdə Gülüzanbinə orta məktəbində təhsil alıb. Subay idi.
   Azərbaycan Ordusunun əsgəri olan Orxan Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Orxan Hüseynov oktyabrın 4-də Murovdağ döyüşləri zamanı şəhid olub. Qarlı hava səbəbindən uzun müddət nəşi tapıla bilməyib. Anası Sevda xanım oğlu itkin ikən ürəyi dözməyib, dekabrda vəfat edib. Hüseynov Orxan 15.01.2021-ci il tarixində Balakən rayonunun Hənifə kəndində anasının məzarı yanında dəfn olunub.
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Orxan Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
   Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Orxan Hüseynov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

Keçidlər