5 fevral 2025-ci il tarixdə Balakən Rayon İcra Hakimiyyətində vakant inzibati vəzifələrin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilib
Dövlət İmtahan Mərkəzi tərəfindən 5 fevral 2025-ci il tarixdə Balakən Rayon İcra Hakimiyyətində inzibati vəzifələrin 7-ci təsnifatı üzrə B növünə aid olan aşağıda göstərilən vakant vəzifələrin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilib:
-Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatı, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi, baş məsləhətçi (1 vakant yer);
- Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatı, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi, böyük məsləhətçi (1 vakant yer);
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 6 mart 2024-cü il tarixi, saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizədlər portala daxil etdikləri məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidirlər.
Balakən Rayon İcra Hakimiyyətində vakant inzibati vəzifələrin tutulması üçün 5 fevral 2025-ci il tarixdə elan edilmiş müsabiqənin müsahibə mərhələsi ilə bağlı Dövlət İmtahan Mərkəzinin internet portalında ətraflı məlumat əldə etmək mümkündür.
https://exidmet.dim.gov.az/dqq/Elan/MsbMshElanList?ElanID=562