Şriftin ölçüsü :

Saytın rəngi :

Rəqəmsal icra hakimiyyəti

https://rih.gov.az/

https://www.youtube.com/watch?v=3J73x7rSJ6M&t=1s

https://www.youtube.com/watch?v=UsvmhU9w3eI

   Azərbaycan Respublikasının Prezidenti cənab  Ilham Əliyevin uğurlu və məqsədyönlü siyasəti ölkəmizin yeni inkişaf mərhələsinə keçməsi, yeni demokratik mexanizmlərin  yaradılması  və xalqa xidmət müstəvisində səmərəli və şəffaf, müasir  idarəetmə modelinin, vətəndaş-dövlət qulluqçusu münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılması üçün zəmin olmuşdur. Dövlət or- qanlarının fəaliyyətinin müasir standartlara uyğun təkmilləşdirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyəт Planı"nda yerli icrа hakimiyyəti orqanları tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılması istiqamətində tapşırıqlar verilmişdir. "Rəqəmsal Icra Hakimiyyəti" portalı yerli icra hakimiyyəti orqanlarının vətəndaşların müraciətlərini elektron qaydada qəbul etməsi işinin təkmilləşdirilməsi, habelə yerli icra hakimiyyəti orqanlarının göstərdikləri elektron xidmətlərin sayının artırılması üçün tədbirlər görülməsi və dövlət xidmətinin göstərilməsi üçün zəruri olan sənəd və ya məlumat digər dövlət qurumunda mövcud olduğu halda, həmin sənədin və ya məlumatın vətəndaşdan tələb edilmədən Elektron Hökumət Informasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan alınmasının təmin edilməsi üçün bu prinsipin sahəvi normativ hüquqi aktlarda təsbit edilməsi, habelə bu prinsipə əsaslanan elektron xidmətlərin sayının artırılması istiqamətdə verilmiş tapşırıqlar çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial Innovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin Inkişafı Mərkəzi tərəfindən yaradılmışdır.

   "Rəqəmsal Icra Hakimiyyəti" portalının yaradılmasında əsas məqsəd yerli icra hakimiyyətlərinin xidmətlərinin elektronlaşdırılması, data əsaslı çevik idarəetmə, vətəndaş məmnuniyyəti və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunmasıdır. Portal həm yerli icra hakimiyyəti orqanlarının əməkdaşları, həm də vətəndaşların vaxt və resurslarına qənaət etməyə kömək edəcək. Burada həmçinin, dövlət xidmətlərinin göstərilməsində vətəndaş iştirakının təmin olunması nəzərdə tutulub, bu məqsədlə portalda xüsusi bölmə yaradılıb. "Rəqəmsal Icra Hakimiyyəti" portalı vasitəsilə regionlarda yerli icra hakimiyyətləri tərəfindən göstərilən xidmətlər arasında elektronlaşdırılması mümkün olan xidmətlər vətəndaşlara onlayn rejimdə təqdim edilir.
   Rəqəmsal Icra Hakimiyyəti portalının vətəndaşlara aşağıda qeyd olunan faydaları vardır:
 Icra hakimiyyəti xidmətlərinin daha əlçatan olması;
 Xidmətlərdən sürətli, asan və elektron qaydada yararlanma imkanı;
 Dövlət xidmətlərinin göstərilməsində vətəndaş iştirakı;
 Portal vasitəsilə yerli icra hakimiyyəti orqanlarıyla həm onlayn, həm də yerində görüşlər üçün müraciət imkanı;
   Portalın icra hakimiyyəti orqanlarının işçiləri üçün faydaları aşağıda göstərilib:
 Çevik qərar vermə imkanı
 Vətəndaş məmnuniyyətinin təmin edilməsi
 Vaxt və resursa qənaət edilməsi
   Vətəndaşların portala girişi yalnız vahid giriş sistemi (ASAN Login) ilə mümkündür. Portalın şəxsi kabinetinə "ASAN Login" vasitəsilə daxil olmaq lazımdır. "ASAN Login" sistemində "Mobil nömrə ilə" və ya "Video qeydiyyat" vasitəsilə qeydiyyatdan keçmək mümkündür. Bunun üçün "Identifikasiya nömrəsi ilə" bölməsinə daxil olaraq, "Qeydiyyat" düyməsini sıxıb, 2 üsuldan birinə klik edib, qeydiyyata başlamaq lazımdır.
   21.02.2022-ci il tarixdən Balakən RIH-ə müraciətlər rih.gov.az portalında aktivləşdirilmişdir. Artıq  Balakən rayonunun sakinləri  rih.gov.az saytına daxil olaraq onlayn qaydada müraciətedə bilərlər. Hazırda portalda 4 modul üzrə elektron xidmətlər təklif olunmaqdadır. Bunlar aşağıdakılardır:
1. Xidmətlər
2.E-iştirakçılıq
3.Vətəndaşların qəbulu
4.Məlumatlandırma
   Vətəndaşlar portalda "Xidmətlər" bölməsindən istifadə etməklə rayon icra hakimiyyəti tərəfindən göstərilən 9 xidmət və "Bir pəncərə -Tikintiyə icazə" sisteminə keçid ilə təmin olunan 3 xidmətdən istifadə edə bilərlər. Xidmətlər aşağıdakı kimidir:
- Fiziki şəxs üzərində patronajın təyin edilməsi
- Yaşayış sahəsinə ehtiyac olan qismində vətəndaşların uçota alınması
- On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilməsi
- On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilməsi
- Qəyyumluqda вə Himayədə olanların əmlakı barədə rəy (icazə) verilməsi
- Uşağın adının və soyadının dəyişdirilməsinə icazə verilməsi
- Yetkinlik yaşına çatmayan şəxsin mülkiyyətində olan daşınar və daşınmaz əmlakın üzərində notarial hərəkətlərin aparılmasına dair razılığın verilməsi
- Vətəndaşlara ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışların verilməsi
- Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri uçün saxlanılması
- Fermer fəaliyyəti və aqrar subsidiyalara müraciət
- Mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı
- Tikintisinə icazə tələb edilən tikinti obyektinin istismarına icazə verilməsi
- Tikintiyə icazə verilməsi
   E-iştirakçılıq Informasiya və Kommunikasiya Texnologiyaları (IKT) vasitəsi ilə vətəndaşın dövlət idarə etməsində iştirak etməsi deməkdir. Portalın “E-iştirakçılıq” bölməsiniн köməyi ilə vətəndaş icra hakimiyyətinə aid olan məsələlərlə bağlı operativ şəkildə sorğu hazırlayır. Məsələn, vətəndaş sorğuda yaşadığı əraziylə bağlı hər hansı bir təklif irəli sürə bilər. (Yol çəkilməsi, park salınması və s.) Sorğularda qeyd olunan məsələnin icrası ilə bağlı qərar səs çoxluğu əsasında verilir. Beləcə, vətəndaş özünə aid qəbul edilmiş dövlət qərarlarında birbaşa olaraq iştirak etmiş olur. Eyni zamanda bu bölmə rayon icra hakimiyyəti tərəfindən də sorğuların yaradılmasına və vətəndaşlar tərəfindən səsverməyə qoyulmasına imkan yaradır.
"Vətəndaşların qəbulu" bölməsindən istifadə etməklə vətəndaşlar rayon icra hakimiyyətinin vəzifəli şəxslərinin onlayn və yaxud RIH-nin inzibati binasında şifahi qəbulu üçün müraciət edə bilərlər.
   "Məlumatlandırma" bölməsi vasitəsilə isə rayon icra hakimiyyəti tərəfindən görülən işlər haqqında məlumat əldə etmək mümkündür.
   Həmçinin vətəndaşlar portaldan istifadə edərək "Təklif və şikayətlər" bölməsindən elektron qaydada icra hakimiyyətinə müraciətlərini göndərərək elektron qaydada geri cavab əldə edə bilərlər.
   "Rəqəmsal Icra Hakimiyyəti" portalının istifadəyə verilməsi rayon icra hakimiyyətinin səmərəli və mütəşəkkil fəaliyyətinə müsbət təsir göstərəcək. Portalının fəaliyyətə başlaması RIH-nin fəaliyyətinin optimallaşdırılması, digər qurumlarla əlaqələndirilməsi, məlumatların elektronlaşdırılması, elektron xid- mətlərin göstərilməsi, xidmətlərdən istifadənin asanlaşdırılması, qəbula yazılma və onlayn görüşlərin keçirilməsi, RIH tərəfindən görülən işlər haqqında məlumatların yerləşdirilməsi və idarəetmədə vətəndaş iştirakçılığının təmin edilməsinə xidmət etməklə vətəndaşlara daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaların tətbiqilə xidmətlərin göstərilməsinə və vətəndaş məmnunluğunun təmin olunmasına mühüm töhфə verəcək.

Keçidlər