Vətən Müharibəsi Şəhidləri
Novruzov Amin Taciddin oğlu
Doğum tarixi: 16.08.1996
Doğum yeri: Balakən rayonu, Qullar kəndi
Vəfat tarixi: 02.11.2020 (24 yaşında)
Vəfat yeri: Zəngilan rayonu
Qoşun növü: Sərhəd Qoşunları
Rütbəsi: Kiçik gizir
Amin Novruzov 16 avqust 1996-cı ildə Balakən rayonunun Qullar kəndində anadan olub. 01.09.2003-cü il tarixdə Balakən rayonu Qullar kənd tam orta məktəbinin birinci sinfinə qəbul olub. 2009-cu ildə Balakən rayonu Humanitar və texniki təmayüllü liseyin VII sinfinə qəbul olub, 2014-cü ildə həmin liseyin XI sinfini bitirib. Subay idi.
2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildə baş verən Aprel döyüşlərində savaşıb. 2017-ci ildən isə Dövlət Sərhəd Xidmətinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Amin Novruzov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amin Novruzov noyabrın 2-də Zəngilan döyüşləri zamanı böyük şücaət göstərərək düşmənin 4 postunu darmadağın edərək şəhid olub. Balakən Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Amin Novruzova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amin Novruzov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Amin Novruzov ölümündən sonra “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Baş Nazirinin 04.11.2021-ci il tarixli 339 nömrəli qərarına əsasən məzunu olduğu Balakən rayon Humanitar və texniki təmayüllü liseyə Amin Tacəddin oğlu Novruzovun adı verilmişdir. 2022-ci ildə isə Balakən Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı əsasında Amin Novruzovun büstünün qoyulması üçün maliyyə vəsaiti ayrılmış və il ərzində Amin Novruzov adına Balakən rayon Humanitar və texniki təmayüllü liseyin həyətində büstün qoyulması təmin edilmişdir.
Amin Novruzovun adının əbədiləşdirilməsi məqsədilə Balakən Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı əsasında rayonun Qullar kəndində küçələrdən birinə Amin Novruzovun adı verilmişdir.
Alqayev Harun Məhəmməd oğlu
Doğum tarixi: 14.07.1992
Doğum yeri: Balakən rayonu, Gərəkli kəndi
Vəfat tarixi: 10.10.2020 (28 yaşında)
Vəfat yeri: Xocavənd rayonu, Hadrut qəsəbəsi
Qoşun növü: Xüsusi Təyinatlı Qüvvələr
Rütbəsi: Baş leytenant
Harun Alqayev 14 iyul 1992-ci ildə Balakən rayonunun Gərəkli kəndində anadan olub. 1998-2006-cı illərdə Balakən şəhəri İ.Nəsimi adına 2 saylı tam orta məktəbdə, 2007-2010-cu illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsilini başa vurmuş, 2014-cü ildə isə həmin məktəbin Təlim Tədris Mərkəzində 1 il təhsilini davam etdirmişdir. Subay idi.
2015-ci ildə leytenant rütbəsi alaraq Goranboy rayonunda “N” saylı hərbi hissədə kəşfiyyat taqım komandiri vəzifəsində, 2016-cı ildə isə müşahidə kəşfiyyat taqım komandiri vəzifəsində çalışmışdır. 2018-ci ildə Harun Alqayev baş leytenant rütbəsini almış, 2020-ci ilin mart ayında “N” saylı hərbi hissənin kəşfiyyat bölüyünün komandiri vəzifəsinə təyin olunmuşdur. 2 ay bu vəzifədə çalışdıqdan sonra Harun Alqayev arzusunda olduğu Xüsusi Təyinatlı Qüvvələrin heyətinə qoşulmuş və heyətində olduğu qurupun baş kəşfiyyatçısı vəzifəsini layiqincə yerinə yetirmişdir.
Harun Alqayevdə bir kəşfiyyatçıya xas bir sıra keyfiyyətlər cəmləşirdi. İşinin peşəkarı kimi erməni ve rus dillərini mükəmməl bilmiş, kəşfiyyat məqsədilə Ermənistanın işğalı altında olan torpaqlara sızaraq çox əhəmiyyətli məlumatlar əldə etmişdir. Dəfələrlə düşmən tərəfə sızan Harun Alqayevin bu fəaliyyəti sonradan düşmənin əks kəşfiyyatına məlum olmuş və düşmən tərəfi onu “Türk Harun” adlandırmışdır. Düşmən tərəfi onu tapmağa nə qədər çalışsa da buna nail olmamışlar.
Harun Alqayev məharətlə dron idarə edirdi. Harunla eyni hərbi hissədə xidmət edən polkovnik Süleyman Əliyevin söylədiklərinə görə hal-hazırda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində gənc zabitlərin yetişdirilməsində dərslik kimi məhz Harunun əldə etdiyi döyüş planı xəritələrindən və çəkdiyi dron çəkilişlərindən istifadə olunur.
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş leytenantı olan Harun Alqayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın, Kəlbəcərin, Cəbrayılın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına savaşıb. Harun Alqayev oktyabrın 10-da Xocavənd rayonu uğrunda gedən döyüşlər zamanı Hadrut qəsəbəsində düşmənin snayper atəşi nəticəsində şəhidlik zirvəsinə ucalıb. Balakən Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikası Müdafiə Nazirinin 21 iyun 2013-cü il tarixli müvafiq əmrinə əsasən Harun Alqayev 2013-cü ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Müdafiə Nazirinin 20 iyun 2019-cu il tarixli müvafiq əmrinə əsasən Harun Alqayev 2019-cu ildə "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Harun Alqayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Harun Alqayev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Harun Alqayev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Harun Alqayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Harun Alqayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
“Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Harun Alqayev ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Harun Alqayev “Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.
Harun Alqayevin adının əbədiləşdirilməsi məqsədilə Balakən Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı əsasında Balakən şəhərindəki küçələrdən birinə onun adı verilmişdir. Həmçinin, Harun Alqayevin adının rayon ərazisində fəaliyyət göstərən məktəblərdən birinə verilməsi üçün Balakən Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmışdır.
Rəşidov Tural Fazil oğlu
Doğum tarixi: 30.05.1989
Doğum yeri: Balakən rayonu, Tülü kəndi
Vəfat tarixi: 15.10.2020 (31 yaşında)
Vəfat yeri: Füzuli rayonu
Qoşun növü: Xüsusi Təyinatlı Qüvvələr
Rütbəsi: Gizir
Tural Rəşidov 30 may 1989-cu ildə Balakən rayonunun Tülü kəndində anadan olub. 1995-2006-cı illərdə Balakən rayonunun İ.Nəsimi adına 2 saylı tam orta məktəbində təhsil alıb. Ailəli idi. Üç oğlu yadigar qaldı.
Tural Rəşidov 2007-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. 2010-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayonuna yerləşən “N” saylı hərbi hissəsində “gizir” hərbi rütbəsində xidmət edib. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Tural Rəşidov oktyabrın 15-də Füzuli döyüşləri zamanı Qarğabazar adlı təpədə qəhrəmancasına şəhid olub. Balakən Şəhidlər Xiyabanında dəfn olunub.
2018-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrlərinə əsasən Tural Rəşidov "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə və 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Rəşidov ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Rəşidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Müdafiə Nazirinin 24 dekabr 2020-ci il tarixli əmrinə əsasən Tural Rəşidov ölümündən sonra “Şücaətə görə” medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Rəşidov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Rəşidov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tural Rəşidov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Tural Rəşidovun adının əbədiləşdirilməsi məqsədilə Balakən Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı əsasında rayonun Tülü kəndində küçələrdən birinə Tural Rəşidovun adı verilmiş, onun adının rayon ərazisində fəaliyyət göstərən məktəblərdən birinə verilməsi üçün Balakən Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmışdır.
Əlisoltanov Vahid Tahir oğlu
Doğum tarixi: 10.11.1994
Doğum yeri: Balakən rayonu, Gərəkli kəndi
Vəfat tarixi: 24.10.2020 (25 yaşında)
Vəfat yeri: Qubadlı rayonu
Qoşun növü: Quru Qoşunları
Rütbəsi: Gizir
Vahid Əlisoltanov 10 noyabr 1994-cü ildə Balakən rayonunun Gərəkli kəndində anadan olub. 2001-2012-ci illərdə M.Müşfiq adına Gərəkli kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
Vahid Əlisoltanov 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında “BTR” komandiri kimi xidmət etməyə başladı. Azərbaycan Ordusunun giziri olan Vahid Əlisoltanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vahid Əlisoltanov oktyabrın 24-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Balakən Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vahid Əlisoltanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyi, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərdiyi, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vahid Əlisoltanov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vahid Əlisoltanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vahid Əlisoltanov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.
2018-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrinə əsasən Vahid Əlisoltanov "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşdur.
Vahid Əlisoltanovun adının əbədiləşdirilməsi məqsədilə Balakən Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı əsasında rayonun Gərəkli kəndində küçələrdən birinə Vahid Əlisoltanovun adı verilmişdir. Həmçinin, Vahid Əlisoltanovun adının rayon ərazisində fəaliyyət göstərən bağçalardan birinə verilməsi üçün Balakən Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmışdır.
Omarov Vüsal Şəmsəddin oğlu
Doğum tarixi: 07.07.1989
Doğum yeri: Kemerovo vilayəti, Rusiya SFSR
Vəfat tarixi: 28.09.2020 (31 yaşında)
Vəfat yeri: Cəbrayıl rayonu
Qoşun növü: Quru Qoşunları
Rütbəsi: Gizir
Vüsal Omarov 7 iyul 1989-cu ildə Rusiya Federasiyasının Prokopyevsk şəhərinin Kemerovo vilayətində anadan olub. 1995-2006-cı illərdə Poştbinə kənd 1 saylı tam orta məktəbində təhsil alıb. Ailəli idi. 2 qızı yadigar qalıb.
Vüsal Omarov 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2012-ci ildən isə Azərbaycan Silahlı Qüvvələrinin giziri kimi tankçı vəzifəsində xidmətə başlayıb. 2016-cı ildə Aprel döyüşlərində Lələtəpə uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal Omarov sentyabrın 28-də Cəbrayıl döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Balakən Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrlərinə əsasən Vüsal Omarov 2013-cü ildə "Azərbaycan Ordusunun 95 illiyi (1918–2013)" Azərbaycan Respublikasının yubiley medalı ilə, 2018-ci ildə isə "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Omarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Omarov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Omarov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Omarov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.
“Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2022-ci il tarixli 3573 nömrəli Sərəncamı ilə Vüsal Omarov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Vüsal Omarovun adının rayon ərazisində fəaliyyət göstərən məktəblərdən birinə verilməsi üçün Balakən Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmışdır.
Vüsal Omarovun adının əbədiləşdirilməsi məqsədilə Balakən Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı əsasında rayonun Gərəkli kəndində küçələrdən birinə Vüsal Omarovun adı verilmişdir.
Paxırov Elsevər Eyvaz oğlu
Doğum tarixi: 19.07.1997
Doğum yeri: Balakən şəhəri
Vəfat tarixi: 09.10.2020 (23 yaşında)
Vəfat yeri: Xocavənd rayonu, Hadrut qəsəbəsi
Qoşun növü: Sərhəd Qoşunları
Rütbəsi: Kiçik gizir
Elsevər Paxırov 19 iyul 1997-ci ildə Balakən rayonunun Hənifə kəndində, Əyritala yaşayış məntəqəsində anadan olub. 2004-2013-cü illərdə Roçəhməd ümumi orta məktəbində təhsil alıb. Subay idi.
Elsevər Paxırov 2015-2017-ci illərdə Naxçıvan Muxtar Respublikasında Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Dəstəsinin kiçik giziri olan Elsevər Paxırov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elsevər Paxırov oktyabrın 9-da Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Balakən Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Paxırov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Paxırov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Paxırov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Şindiyev Elməddin Həmid oğlu
Doğum tarixi: 06.03.1995
Doğum yeri: Balakən rayonu, Talalar kəndi
Vəfat tarixi: 10.10.2020 (25 yaşında)
Vəfat yeri: Tərtər rayonu
Qoşun növü: Quru Qoşunları
Rütbəsi: Əsgər, MAHHXHQ
Elməddin Şindiyev 6 mart 1995-ci ildə Balakən rayonunun Talalar kəndində anadan olub. 2001—2012-ci illərdə 2 saylı Talalar kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
Elməddin Şindiyev 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvanda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində kəşfiyyat bölüyündə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edib. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elməddin Şindiyev oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Balakən Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Şindiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Şindiyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Şindiyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Şindiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.
Kərimov Elmir Rəhim oğlu
Doğum tarixi: 26.05.1998
Doğum yeri: Balakən rayonu, Hənifə kəndi
Vəfat tarixi: 01.10.2020 (22 yaşında)
Vəfat yeri: Tərtər rayonu
Qoşun növü: Quru Qoşunları
Rütbəsi: Əsgər, MAHHXHQ
Elmir Kərimov 26 may 1998-ci ildə Balakən rayonunun Hənifə kəndində anadan olub. 2004-2015-ci illərdə Z.Əliyeva adına 3 saylı Balakən şəhər tam orta məktəbində təhsil alıb. Subay idi.
Elmir Kərimov 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Elmir Kərimov 2018-ci ildən Yevlax şəhər qarnizonunda hərbi polis kimi xidmət edirdi. 2020-ci ilin sentyabr ayında könüllü ərizə yazaraq döyüş bölgəsinə - Ağcakənddə Həmlə bölüyünə təyinat almışdır. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı ilk öncə Murovdağ istiqamətində, daha sonra Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elmir Kərimov Suqovuşan döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Balakən rayonunun Hənifə kəndində dəfn olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Kərimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elmir Kərimov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elmir Kərimov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.
Qurdayev Ömər Şəhmir oğlu
Doğum tarixi: 13.07.2002
Doğum yeri: Balakən rayonu, Meşəşambul kəndi
Vəfat tarixi: 27.09.2020 (18 yaşında)
Vəfat yeri: Füzuli rayonu
Qoşun növü: Quru Qoşunları
Rütbəsi: Əsgər
Ömər Qurdayev 13 iyul 2002-ci ildə Balakən rayonunun Meşəşambul kəndində anadan olub. 2008-2019-cu illərdə M.Hudulov adına Meşəşambul kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
Ömər Qurdayev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ömər Qurdayev sentyabrın 27-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Balakən rayonunun Meşəşambul kəndində dəfn olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ömər Qurdayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ömər Qurdayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ömər Qurdayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ömər Qurdayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.
Muradov Kənan Cavid oğlu
Doğum tarixi: 16.07.2002
Doğum yeri: Balakən rayonu, Gərəkli kəndi
Vəfat tarixi: 06.10.2020 (18 yaşında)
Vəfat yeri: Cəbrayıl rayonu
Qoşun növü: Quru Qoşunları
Rütbəsi: Əsgər
Kənan Muradov 2002-ci il iyulun 16-da Balakən rayonunun Gərəkli kəndində anadan olub. 2008-2019-cu illərdə M.Müşfiq adına Gərəkli kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
Kənan Muradov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Kənan Muradov oktyabrın 6-da Cəbrayıl döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Balakən Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Muradov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Muradov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kənan Muradov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kənan Muradov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.
Əliyev İmam Səfər oğlu
Doğum tarixi: 16.07.1998
Doğum yeri: Balakən rayonu, İtitala kəndi
Vəfat tarixi: 07.10.2020 (22 yaşında)
Vəfat yeri: Tərtər rayonu
Qoşun növü: Quru Qoşunları
Rütbəsi: Əsgər
İmam Əliyev 16 iyul 1998-ci ildə Balakən rayonunun İtitala kəndində anadan olub. 2004-2015-ci illərdə A.Balayev adına İtitala kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
İmam Əliyev 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın Talış kəndinin və Ağdərənin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. İmam Əliyev oktyabrın 7-də Ağdərə istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Balakən rayonunun İtitala kəndində dəfn olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İmam Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İmam Əliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İmam Əliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Mamedov Elmar Elçin oğlu
Doğum tarixi: 07.07.2001
Doğum yeri: Balakən rayonu, Mahamalar kəndi
Vəfat tarixi: 06.10.2020 (19 yaşında)
Vəfat yeri: Tərtər rayonu
Qoşun növü: Quru Qoşunları
Rütbəsi: Əsgər
Elmar Mamedov 7 iyul 2001-ci ildə Balakən rayonunun Mahamalar kəndində anadan olub. 2008-2019-cu illərdə Bakı şəhəri Xəzər rayonunda yerləşən R.Baxışov adına 218 saylı Binə qəsəbə tam orta məktəbində təhsil alıb. Subay idi.
Elmar Mamedov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elmar Mamedov oktyabrın 6-da Tərtər istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Balakən Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Mamedov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elmar Mamedov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elmar Mamedov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.
Qaracayev Nurlan Ömər oğlu
Doğum tarixi: 10.05.1999
Doğum yeri: Balakən rayonu, Kortala kəndi
Vəfat tarixi: 08.10.2020 (21 yaşında)
Vəfat yeri: Tərtər rayonu
Qoşun növü: Quru Qoşunları
Rütbəsi: Əsgər
Nurlan Qaracayev 10 may 1999-cu ildə Balakən rayonunun Kortala kəndində anadan olub. 2005-2016-cı illərdə Q.Nağıyev adına Kortala kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
Nurlan Qaracayev 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Nurlan Qaracayev oktyabrın 8-də Suqovuşan döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Balakən Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Qaracayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nurlan Qaracayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nurlan Qaracayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.
Murtuzov Məhəmməd Ramazan oğlu
Doğum tarixi: 24.06.2002
Doğum yeri: Balakən rayonu, Xalatala kəndi
Vəfat tarixi: 09.10.2020 (18 yaşında)
Vəfat yeri: Füzuli rayonu
Qoşun növü: Quru Qoşunları
Rütbəsi: Əsgər
Məhəmməd Murtuzov 24 iyun 2002-ci ildə Balakən rayonunun Xalatala kəndində anadan olub. 2008-2019-cu illərdə Xalatala kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
Məhəmməd Murtuzov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Məhəmməd Murtuzov oktyabrın 9-da Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Balakən rayonunun Xalatala kəndində dəfn olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Murtuzov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Murtuzov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Murtuzov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.
Məmmədov Kamal Şamil oğlu
Doğum tarixi: 30.07.1998
Doğum yeri: Balakən rayonu, Qullar kəndi
Vəfat tarixi: 16.10.2020 (22 yaşında)
Vəfat yeri: Tərtər rayonu
Qoşun növü: Sərhəd Qoşunları
Rütbəsi: Əsgər
Kamal Məmmədov 30 iyul 1998-ci ildə Balakən rayonunun Qullar kəndində anadan olub. 2004-2011-ci illərdə S.Vurğun adına Qullar kənd tam orta məktəbində, 2011-2015-ci illərdə Balakən şəhəri Humanitar və texniki təmayüllü liseydə, 2015-2019-cu illərdə Azərbaycan Texniki Universitetinin “Maşınqayırma və robototexnika” fakültəsində təhsil alıb. Subay idi.
Kamal Məmmədov 2020-ci il iyul ayının 1-i müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Talış kəndi və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Kamal Məmmədov oktyabrın 16-da Suqovuşan istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Balakən Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamal Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
“Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Kamal Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Əsdiyev Heybullah Məzahir oğlu
Doğum tarixi: 14.10.1993
Doğum yeri: Balakən rayonu, Qaysa kəndi
Vəfat tarixi: 14.10.2020 (27 yaşında)
Vəfat yeri: Tərtər rayonu
Qoşun növü: Quru Qoşunları
Rütbəsi: Əsgər
Heybullah Əsdiyev 14 oktyabr 1993-cü ildə Balakən rayonunun Qaysa kəndində anadan olub. 2000-2011-ci illərdə Üzeyir Hacıbəyov adına Qabaqçöl qəsəbə tam orta məktəbində təhsil alıb. Subay idi.
Heybullah Əsdiyev 2011-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2011-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Heybullah Əsdiyev oktyabrın 14-də Ağdərə istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Balakən rayonunun Qaysa kəndində dəfn olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Heybullah Əsdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Heybullah Əsdiyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Heybullah Əsdiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.
Nəsibov Xaqani Aydın oğlu
Doğum tarixi: 01.05.1991
Doğum yeri: Balakən rayonu, Kortala kəndi
Vəfat tarixi: 16.10.2020 (29 yaşında)
Vəfat yeri: Tərtər rayonu
Qoşun növü: Quru Qoşunları
Rütbəsi: Əsgər
Xaqani Nəsibov 1 may 1991-ci ildə Balakən rayonunun Kortala kəndində anadan olub. 1997-2008-ci illərdə Q.Nağıyev adına Kortala kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
Xaqani Nəsibov 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə rayonunun və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xaqani Nəsibov oktyabrın 16-da Suqovuşan döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Balakən rayonunun Kortala kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaqani Nəsibov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xaqani Nəsibov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xaqani Nəsibov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.
Xaqani Nəsibov 10 fevral 1973-cü ildə Balakən rayonunun Kortala kəndində anadan olmuş birinci Qarabağ müharibəsi şəhidi Ədalət Nəsibovun qardaşıdır. Ədalət Nəsibov 30 mart 1993-cü ildə Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Hüseyinov Əsgər Vaqif oğlu
Doğum tarixi: 23.12.1998
Doğum yeri: Balakən rayonu, Kortala kəndi
Vəfat tarixi: 25.10.2020 (21 yaşında)
Vəfat yeri: Xocavənd rayonu
Qoşun növü: Quru Qoşunları
Rütbəsi: Əsgər
Əsgər Hüseyinov 24 dekabr 1998-ci ildə Balakən rayonunun Kortala kəndində anadan olub. 2004-2012-ci illərdə Q.Nağıyev adına Kortala kənd tam orta məktəbində təhsil alıb. 2012-ci ildən Zaqatala rayonunda Əliabad İslam Mədrəsəsində dini təhsil almağa başlayıb. Subay idi.
Əsgər Hüseyinov 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Xocavənd və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Əsgər Hüseynov oktyabrın 25-də Xocavənd döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Balakən rayonunun Kortala kəndində dəfn olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əsgər Hüseyinov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əsgər Hüseyinov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əsgər Hüseyinov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əsgər Hüseyinov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.
Ailə üzvlərinin söylədiklərindən: "Əsgər insanlarla səmimi davranar, hər kəsin köməyinə çatardı. Böyükdən kiçiyə hər kəsin sevimlisi idi. Evin tək oğlu Əsgər hərbi xidmətə getmədən öncə millətimizə qarşı olunan işgəncələrin, vəhşiliklərin, soyqırımların və şəhidlərimizin qisasını alacağını, Vətən uğrunda, torpaq uğrunda şəhid olacağını bildirirdi. Onun arzusu idi şəhid olmaq..."
Əsgərin döyüş yoldaşı, qazi Asif Məmmədovun dediklərindən: "Döyüş gedirdi. Mən qolumdan və ayağımdan yaralandım. Əsgər məni belinə alıb, döyüş meydanından çıxardı, ayağımı və qolumu sarıdı, yanıma isə qumbara qoyaraq, bunları söylədi: "Mən gedirəm 6-7 erməni qalıb, onları öldürməyə. Gəlib səni aparacam. Sənin övladların var, qoymaram ki, sən şəhid olasan. Əgər gələ bilməsəm erməninin gəldiyini görsən, qumbaranı partlat, düşmənə əsir düşmə." Asif Məmmədov daha sonra bildirir ki, Əsgər tək məni yox, onlarla digər yaralı döyüş yoldaşımızı da xilas edib.
Şabanov Fuad Rasim oğlu
Doğum tarixi: 11.07.1997
Doğum yeri: Balakən rayonu, Püştətala kəndi
Vəfat tarixi: 25.10.2020 (23 yaşında)
Vəfat yeri: Füzuli rayonu
Qoşun növü: Quru Qoşunları
Rütbəsi: Əsgər
Fuad Şabanov 11 iyul 1997-ci ildə Balakən rayonunun Qaravəli kəndində anadan olub. 2003-2014-cü illərdə Ə.Şirinov adına Qaravəli kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
Fuad Şabanov 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Fuad Şabanov 2016-cı ildə Aprel döyüşlərində iştirak edib. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib. Fuad Şabanov oktyabrın 25-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Balakən rayonunun Püştətala kəndində dəfn olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Şabanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Şabanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Şabanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fuad Şabanov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.
Keçiliyev Turqut Aydın oğlu
Doğum tarixi: 26.11.1997
Doğum yeri: Balakən rayonu, Hənifə kəndi
Vəfat tarixi: 25.10.2020 (22 yaşında)
Vəfat yeri: Füzuli rayonu
Qoşun növü: Quru Qoşunları
Rütbəsi: Əsgər
Turqut Keçiliyev 26 noyabr 1997-ci ildə Balakən rayonunun Hənifə kəndində anadan olub. 2004-2015-ci illərdə Qazma kənd 1 saylı tam orta məktəbində təhsil alıb. Subay idi.
Turqut Keçiliyev 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Xocavənd və Cəbrayıl rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Turqut Keçiliyev oktyabrın 25-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Balakən rayonunun Hənifə kəndində dəfn olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Turqut Keçiliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Turqut Keçiliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Turqut Keçiliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Turqut Keçiliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.
Mollaçiyev Əhməd Rəcəb oğlu
Doğum tarixi: 02.11.1997
Doğum yeri: Balakən rayonu, Püştətala kəndi
Vəfat tarixi: 25.10.2020 (22 yaşında)
Vəfat yeri: Füzuli rayonu
Qoşun növü: Quru Qoşunları
Rütbəsi: Əsgər
Əhməd Mollaçiyev 2 noyabr 1997-ci ildə Balakən rayonunun Püştətala kəndində anadan olub. 2004-2013-cü illərdə Ə.Şirinov adına Qaravəli kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
Əhməd Mollaçiyev 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. Əhməd Mollaçiyev 2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olub. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzuli rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib. Əhməd Mollaçiyev oktyabrın 25-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Balakən rayonunun Püştətala kəndində dəfn olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhməd Mollaçiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhməd Mollaçiyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhməd Mollaçiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əhməd Mollaçiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.
Qalayçiyev Faiq İsrafil oğlu
Doğum tarixi: 16.12.2001
Doğum yeri: Balakən rayonu, Kortala kəndi
Vəfat tarixi: 02.11.2020 (18 yaşında)
Vəfat yeri: Zəngilan rayonu
Qoşun növü: Sərhəd Qoşunları
Rütbəsi: Əsgər
Faiq Qalayçiyev 16 dekabr 2001-ci ildə Balakən rayonunun Kortala kəndində anadan olub. 2008-2019-cu illərdə Q.Nağıyev adına Kortala kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
Faiq Qalayçiyev 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində xidmət edib və bu müddət ərzində 3 dəfə fəxri fərmanla, bir dəfə tərifnamə ilə təltif olunub. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Faiq Qalayçiyev noyabrın 2-də Zəngilan döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Balakən rayonunun Kortala kəndində dəfn olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Faiq Qalayçiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Faiq Qalayçiyev ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Faiq Qalayçiyev ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən Faiq Qalayçiyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Sarkayev Nəcməddin Əli oğlu
Doğum tarixi: 09.10.1999
Doğum yeri: Balakən rayonu, Şərif kəndi
Vəfat tarixi: 06.11.2020 (21 yaşında)
Vəfat yeri: Tərtər rayonu
Qoşun növü: Quru Qoşunları
Rütbəsi: Əsgər
Nəcməddin Sarkayev 9 oktyabr 1999-cu ildə Balakən rayonunun Şərif kəndində anadan olub. 2006-2017-ci illərdə N.Davudov adına Şərif 1 saylı kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
Nəcməddin Sarkayev 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Nəcməddin Sarkayev noyabrın 6-da Ağdərə döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Balakən rayonunun Şərif kəndində dəfn olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nəcməddin Sarkayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nəcməddin Sarkayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nəcməddin Sarkayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.
Mollayev İslam Şəmsəddin oğlu
Doğum tarixi: 18.12.1996
Doğum yeri: Balakən rayonu, Püştətala kəndi
Vəfat tarixi: 13.10.2020 (23 yaşında)
Vəfat yeri: Tərtər rayonu
Qoşun növü: Xüsusi Təyinatlı Qüvvələr
Rütbəsi: Əsgər
İslam Mollayev 18 dekabr 1996-cı ildə Balakən rayonunun Püştətala kəndində anadan olub. 2003-2014-cü illərdə Ə.Şirinov adına Qaravəli kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
İslam Mollayev 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Qusar rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib. İslam Mollayev oktyabrın 13-də Ağdərə döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Balakən rayonunun Püştətala kəndində dəfn olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İslam Mollayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İslam Mollayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İslam Mollayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.
İbadov Faiq İsmixan oğlu
Doğum tarixi: 31.05.1993
Doğum yeri: Balakən rayonu, Sarıbulaq kəndi
Vəfat tarixi: 01.10.2020 (27 yaşında)
Vəfat yeri: Tərtər rayonu
Qoşun növü: Quru Qoşunları
Rütbəsi: Əsgər
Faiq İbadov 31 may 1993-cü ildə Balakən rayonunun Sarıbulaq kəndində anadan olub. 1999-2008-ci illərdə M.F.Axundov adına Sarıbulaq kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir oğlu yadigar qalıb.
Faiq İbadov 2011-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2011-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Faiq İbadov oktyabrın 1-də Suqovuşan döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Balakən rayonunun Sarıbulaq kəndində dəfn olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Faiq İbadov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Faiq İbadov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Faiq İbadov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.
Abdullayev Məhəmməd Ramazan oğlu
Doğum tarixi: 03.05.1992
Doğum yeri: Balakən rayonu, Talalar kəndi
Vəfat tarixi: 16.10.2020 (28 yaşında)
Vəfat yeri: Tərtər rayonu
Qoşun növü: Quru Qoşunları
Rütbəsi: Əsgər
Məhəmməd Abdullayev 3 may 1992-ci ildə Balakən rayonunun Talalar kəndində anadan olub. 1998-2009-cu illərdə Talalar kənd 2 saylı tam orta məktəbində təhsil alıb. Subay idi.
Məhəmməd Abdullayev 2010-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib. Məhəmməd Abdullayev oktyabrın 16-da Suqovuşan döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Balakən Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Abdullayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Abdullayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.
Yüzbaşiyev Cavid Cavanşir oğlu
Doğum tarixi: 20.07.1995
Doğum yeri: Balakən rayonu, Hənifə kəndi
Vəfat tarixi: 16.10.2020 (25 yaşında)
Vəfat yeri: Tərtər rayonu
Qoşun növü: Quru Qoşunları
Rütbəsi: Əsgər
Cavid Yüzbaşiyev 20 iyul 1995-ci ildə Balakən rayonunun Hənifə kəndində anadan olub. 2002-2013-cü illərdə M.P.Vaqif adına Tülü kənd 1 saylı tam orta məktəbində təhsil alıb. Subay idi.
Cavid Yüzbaşiyev 2014-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Cavid Yüzbaşiyev 2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olub. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Cavid Yüzbaşiyev oktyabrın 16-da Ağdərə istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Balakən rayonunun Hənifə kəndində dəfn olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Yüzbaşiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cavid Yüzbaşiyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cavid Yüzbaşiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.
Cavid Yüzbaşiyevin əmisi Yüzbaşiyev Cahangir Cəmaləddin oğlu birinci Qarabağ müharibəsi zamanı 31 iyul 1992-ci ildə Əsgəran rayonunun Naxçıvanik kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Cavid Yüzbaşiyevin atası Yüzbaşiyev Cavanşir Cəmaləddin oğlu isə birinci Qarabağ müharibəsi zamanı Ağdam uğrunda gedən döyüşlərdə ağır yaralanmışdır. İkinci qrup Qarabağ müharibəsi əlili olan Cavanşir Yüzbaşiyev oğlu şəhid olmazdan 11 ay əvvəl vəfat etmişdir.
Təmirov Yusif Azər oğlu
Doğum tarixi: 28.09.1995
Doğum yeri: Balakən rayonu, Katex kəndi
Vəfat tarixi: 05.10.2020 (25 yaşında)
Vəfat yeri: Tərtər rayonu
Qoşun növü: Quru Qoşunları
Rütbəsi: Əsgər
Yusif Təmirov 28 sentyabr 1995-ci ildə Balakən rayonunun Katex kəndində anadan olub. 2001-2012-cü illərdə S.Qurbanov adına Katex 1 saylı kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
Yusif Təmirov 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib. Yusif Təmirov oktyabrın 5-də Suqovuşan döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Balakən rayonunun Katex kəndində dəfn olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yusif Təmirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Yusif Təmirov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Yusif Təmirov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərdiyinə, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 noyabr 2021-ci il tarixli Sərəncamına əsasən Yusif Təmirov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Yusif Təmirovun adının rayon ərazisində fəaliyyət göstərən məktəblərdən birinə verilməsi üçün Balakən Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmışdır.
Yusif Təmirovun adının əbədiləşdirilməsi məqsədilə Balakən Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı əsasında rayonun Katex kəndində küçələrdən birinə Yusif Təmirovun adı verilmişdir.
Hacıyev Qurban Əsəbəli oğlu
Doğum tarixi: 19.04.1997
Doğum yeri: Balakən rayonu, Mahamalar kəndi
Vəfat tarixi: 30.09.2020 (23 yaşında)
Vəfat yeri: Tərtər rayonu
Qoşun növü: Quru Qoşunları
Rütbəsi: Əsgər
Qurban Hacıyev 19 aprel 1997-ci ildə Balakən rayonunun Mahamalar kəndində anadan olub. 2003-2014-cü illərdə N.Nərimanov adına Mahamalar kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
Qurban Hacıyev 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib. Qurban Hacıyev sentyabrın 30-da Suqovuşan döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Balakən Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qurban Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qurban Hacıyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qurban Hacıyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.
Hüseynov Orxan Ələkbər oğlu
Doğum tarixi: 04.03.1996
Doğum yeri: Balakən rayonu, Hənifə kəndi
Vəfat tarixi: 04.10.2020 (24 yaşında)
Vəfat yeri: Kəlbəcər rayonu
Qoşun növü: Quru Qoşunları
Rütbəsi: Əsgər
Orxan Hüseynov 4 mart 1996-cı ildə Balakən rayonunun Hənifə kəndində anadan olub. 2002-2011-ci illərdə Gülüzanbinə kənd ümumi orta məktəbində təhsil alıb. Subay idi.
Orxan Hüseynov 2014-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə savaşıb. Orxan Hüseynov oktyabrın 9-da Tərtər-Ağdərə istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Uzun müddət nəşi tapılmayıb. Anası Sevda xanım oğlu itkin olarkən ürəyi dözməyib, dekabr ayının 7-də vəfat edib. Hüseynov Orxan 15.01.2021-ci il tarixində Balakən rayonunun Hənifə kəndində anasının məzarı yanında dəfn olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Orxan Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Orxan Hüseynov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
“Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2022-ci il tarixli 3573 nömrəli Sərəncamı ilə Orxan Hüseynov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Orxan Hüseynovun adının əbədiləşdirilməsi məqsədilə Balakən Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı əsasında rayonun Hənifə kəndində küçələrdən birinə Orxan Hüseynovun adı verilmişdir.
Köklərov Sərxan Eyvaz oğlu
Doğum tarixi: 09.06.1987
Doğum yeri: Balakən rayonu, Tülü kəndi
Vəfat tarixi: 24.09.2023 (36 yaşında)
Vəfat yeri: Ağdərə rayonu
Qoşun növü: Quru Qoşunları
Rütbəsi: Əsgər, MAHHXHQ
Sərxan Köklərov 1987-ci il iyunun 9-da Balakən rayonunun Tülü kəndində anadan olub. 1993-2002-ci illərdə M.P.Vaqif adına Tülü 1 saylı kənd tam orta məktəbdə təhsil alıb. Evli idi, 3 övladı yadigar qaldı.
Sərxan Köklərov 2005-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2005-2007-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidməti tamamladıqdan sonra ordu sıralarında MAHHXHQ kimi xidmətini davam etdirib. Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsinin tibb məntəqəsində sanitar sürücü vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Sərxan Köklərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sərxan Köklərov daha sonra 2023-cü il sentyabrın 19-u başlanan və cəmi 24 saat davam edən antiterror əməliyyatında Ağdərədə gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Balakən şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sərxan Köklərov "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07.11.2023-cü il tarixli Sərəncamına əsasən Sərxan Köklərov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə və “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.