Şriftin ölçüsü :

Saytın rəngi :

İnfrastruktur

İnfrastruktur

  1. 2022-ci ildə rayonun əsas sosial-iqtisadi göstəriciləri yüksəlmiş,  ümumi məhsul buraxılışı 297,8 milyon manat təşkil etmiş, 2021-ci illə müqayisədə artım  12,1 faiz olmuşdur. 115,8 milyon  manatlıq kənd təsərrüfatı məhsulu, 60,9 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş, 21,7 milyon manat dəyərində tikinti işləri görülmüşdür. 2021-ci illə müqayisədə kənd təsərrüfatı məhsulu istehsalı 4,5 faiz, ödənişli xidmətlərin həcmi 5,0 faiz, pərakəndə əmtəə dövriyyəsi 0,4 faiz artmış, ümumi məhsul buraxılışının rayon əhalisinin hər nəfərinə düşən həcmi 2984,1 manat olmuşdur. Kənd təsərrüfatında istehsal olunan məhsulun  60,3 faizi bitkiçilik, 39,7 faizi isə heyvandarlıq məhsullarının payına düşmüşdür;

- 2004-cü ildən hazıradək Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə 163 sahibkara  10,64 mln. manat güzəştli kredit ayrılmışdır. 2007-2022-ci illər ərzində kənd təsərrüfatı məhsulları istehsalçılarına 10,9 mln. manat subsidiyalar verilmişdir;

  1. Ötən dövr ərzində Balakəndə aparılan tikinti-quruculuq və abadlıq işləri rayonun sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Balakən rayonunda Heydər Əliyev Mərkəzi yaradılmış, Ümummilli Liderin adını daşıyan mədəniyyət və istirahət parkı salınmış və abidəsi ucaldılmışdır. Həmçinin Olimpiya İdman Kompleksi, Bayraq muzeyi, Mədəniyyət Mərkəzi, YAP rayon təşkilatının yeni inzibati binası, 187 çarpayılıq mərkəzi rayon xəstəxanası, əlil və şəhid ailələri üçün 44 mənzilli  2 yaşayış binası, məcburi köçkünlər üçün 45 mənzilli 1 yaşayış binası, zəlzələ zamanı zərər çəkmiş ailələr üçün 8 mənzilli 1 yaşayış binası, saatda 216 nəfərə xidmət edən kanat yolu, “Qubek” oteli, Avtovağzal kompleksi,  “Mazımçay” gömrük-sərhəd buraxılış məntəqəsi, Polis şöbəsinin və  Dövlət Aqrar İnkişaf Mərkəzinin, DTX-nin Balakən rayon şöbəsinin  yeni inzibati binaları, Katex kəndində tutumu 5 min ton olan soyuducu anbar kompleksi,  illik istehsal gücü 80 min ton olan  quş və heyvan yemi istehsalı fabriki, “Aqrolizinq” ASC-nin rayon filialı, "Balakən -1" kiçik su elektrik stansiyası, Balakən 2 saylı  regional ABAD mərkəzi, Balxurma MMC-nin meyvə və giləmeyvələrin quru və yarımquru emalı müəssisəsi, 60 kameralı tütün qurutma məntəqəsi, 320 şagird yerlik Uşaq İncəsənət Məktəbi, Şimal-Qərb RETSİ Balakən elektrik şəbəkəsinin inzibati binası və idarəetmə mərkəzi, regional  “ASAN xidmət” mərkəzi,  187 çarpayılıq yeni xəstəxana, Mazımçay-sərhəd keçid məntəqəsi, rayonun idarə və təşkilatları üçün inzibati binalar istifadəyə verilmiş,  “Balakən-Konserv” müəssisəsinin fəaliyyəti bərpa edilmişdir.
  2. Şəhərdə kommunal yaşayış evlərinin dam örtükləri dəyişdirilərək kirəmit metal təbəqələrlə əvəzlənmiş, şəhərin küçələrində səki və bardürlər təmir olunmuş, Heydər Əliyev prospektində  yeni işıq sistemi quraşdırılmış, çoxmənzilli binaların və ticarət obyektlərinin fasad örtükləri yenilənmiş, çaylarda sahilbərkitmə işləri aparılmış, hava elektrik  və rabitə xətləri müasir kabel ötürücü xətlərlə yerin altına salınmışdır.  

- Yaşayış məntəqələrinin 51,0 faizini əhatə edən və ümumi uzunluğu 160,2 km olan 6 avtomobil yolu yenidən qurulmuşdur.

    

  1. 2003-cü ildən hazıradək (2023-cü ilin 01 yanvarınadək) 32 məktəb binası tikilmiş, 2 modul məktəb quraşdırılmış, 3 məktəb əsaslı təmir edilmişdir. Ötən dövr ərzində 5 körpələr evi - uşaq bağçaları tikilmiş, 3 bina əsaslı təmir olunmuşdur.

Gələcəkdə həyata keçiriləcək infrastruktur layihələri:

-Gələcəkdə rayonda bir sıra infrastruktur layihələrin həyata keçirilməsi nəzərdə tutulur ki, bunlar aşağıdakılardır:

-Balakən şəhərinin içməli su və kanalizasiya sisteminin qurulması;
-Elektrik xətt təsərrüfatının yenidən qurulması
-Dağ çaylarının tez-tez daşması nəticəsində mühafizə bəndləri olmayan yaşayış məntəqələri, əkin sahələri və təsərrüfatların sel sularından mühafizəsi üçün sahilbərkitmə bəndlərinin qurulması

-Mazımçay üzərində Poştbinə və Şərif kəndləri ərazisində 2, Hunbul çay üzərində 1, Balakən çayı üzərində 2 körpü olmaqla 5 ədəd yeni körpünün tikilməsi

Keçidlər