Şriftin ölçüsü :

Saytın rəngi :

“ABAD” publik hüquqi şəxs tərəfindən Balakən rayonunda yerləşən qida istehsalı təyinatlı konteynerlər sahibkarların istifadəsinə verilir.

02 iyul 2026 | 15:39

“ABAD” publik hüquqi şəxs tərəfindən Balakən rayonunda yerləşən qida istehsalı təyinatlı konteynerlər sahibkarların istifadəsinə verilir.

İstifadəyə təqdim olunan konteynerlər:

  • 3 ədəd konserv məhsullarının istehsalı üçün konteyner;
  • 1 ədəd süd məhsullarının istehsalı üçün konteyner.

Konteynerlər mürəbbə, cem, kompot, turşu və digər konserv məhsullarının, eləcə də süd məhsullarının istehsalı üçün zəruri texnoloji avadanlıqlarla təchiz olunmuşdur.

Kimlər müraciət edə bilər:

  • Qida istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlar;
  • Qida istehsalı fəaliyyətinə başlamağı planlaşdıran fiziki və hüquqi şəxslər.

Müraciət edən şəxslərə dair tələblər:

  • Süd təmin edən sahibkar zoogigiyenik, texnoloji və baytarlıq-sanitar tələblərə ciddi əməl etməlidir;
  • Süd verən heyvanların identifikasiyası həyata keçirilməli, onların sağlamlıq vəziyyəti üzərində mütəmadi baytarlıq nəzarəti təmin edilməlidir;
  • Konteynerin yerləşdirilməsi nəzərdə tutulan torpaq sahəsinə dair mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən rəsmi sənədin mövcud olması;
  • Torpaq sahəsinin AQTA tələblərinə uyğun istehsalı həyata keçirməyə uyğun olması;
  • Konteynerin yaşayış evlərindən ən azı 50 metr məsafədə yerləşdirilməsi imkanı;
  • İstehsal fəaliyyətinin həyata keçirilməsi üçün kommunal infrastruktur imkanlarının mövcudluğu.

Seçim zamanı təqdim olunan biznes ideyanın iqtisadi əsaslandırılması, istehsal potensialı, istehsal təcrübəsi və konteynerdən səmərəli istifadə imkanları nəzərə alınacaqdır.

Maraqlanan şəxslərdən öz biznes ideyası, istehsal potensialı, istehsalı planlaşdırılan məhsullar və fəaliyyət konsepsiyasını əks etdirən məlumatları info@abad.gov.az  elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Son müraciət tarixi: 01.08.2026

Əlaqə: 108 (4)

Tel: 050-220-99-37

Keçidlər