Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatında vakant inzibati vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilib

19 yanvar 2026 | 16:20

Dövlət İmtahan Mərkəzi tərəfindən 16 yanvar  2026-cı il  tarixdə Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatında inzibati vəzifələrin  7-ci təsnifatı üzrə  B növünə aid olan aşağıda göstərilən vakant vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilib:

 

-Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatı, Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsi, Memarlıq-tikinti məsələləri sektoru, aparıcı məsləhətçi  (1 vakant yer)

 

Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 16 yanvar 2026-cı il tarixindən  16 fevral 2026-cı il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Balakən Rayon İcra Hakimiyyətində  16 yanvar  2026-cı il  tarixdə tarixdə elan edilmiş vakant inzibati vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsi ilə bağlı Dövlət İmtahan Mərkəzinin internet portalında ətraflı məlumat əldə etmək mümkündür.

 

        https://exidmet.dim.gov.az/dqq/Elan/MsbMshElanList?ElanID=587

 

Keçidlər