Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatında və inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə vakant inzibati vəzifələrin tutulması şərtlərinə dair

12 oktyabr 2026 | 18:14

Dövlət İmtahan Mərkəzi tərəfindən  Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatında və  inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə aşağıda göstərilən  vakant inzibati vəzifələrin tutulması məqsədilə 12 oktyabr  2026-cı il tarixində daxili müsahibə elan edilmişdir:

-Balakən Rayon İcra Hakimiyyəti, Rayon İcra Hakimiyyəti başçısı Aparatı, Hüquq və kadr məsələləri sektoru, sektor müdiri

 -Balakən Rayon İcra Hakimiyyəti, İnzibati ərazi dairəsi üzrə nümayəndəliklər, Qaysa kənd  inzibati ərazi dairəsi üzrə nümayəndəlik, yerli icra hakimiyyəti başçısı inzibati ərazi dairəsi üzrə nümayəndəsi- İHB-nın nümayəndəsi

Elan üzrə sənəd qəbulu yalnız Mərkəzin internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir və 26 oktyabr 2026-cı il tarixi, saat 18:00-dək davam edəcək. Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.

12 oktyabr 2026-cı il tarixində  Balakən Rayon İcra Hakimiyyəti üzrə  elan edilmiş vakant inzibati vəzifənin tutulması üçün daxili müsahibə ilə bağlı Dövlət İmtahan Mərkəzinin internet portalında ətraflı məlumat əldə etmək mümkündür.

 

            https://exidmet.dim.gov.az/dqq/Elan/DxMshMshElanList?ElanID=609

 

Keçidlər