Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatında və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə vakant inzibati vəzifələrin tutulması şərtlərinə dair

15 iyul 2026 | 18:07

Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət orqanlarında, o cümlədən  Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatında və  inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə aşağıda göstərilən  vakant inzibati vəzifələrin tutulması məqsədilə 15 iyul 2026-cı il tarixində ümumi müsahibə elan edilmişdir:

 

-Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatı, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi, Ərazi-təşkilat məsələləri sektoru, şöbə müdirinin müavini-sektor müdiri

 

-Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatı, Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsi, İnzibati işlər sektoru, sektor  müdiri-baş mühasib

 

-Balakən Rayon İcra Hakimiyyəti başçısının Qullar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi;

 

- Balakən Rayon İcra Hakimiyyəti başçısının Talalar kənd İnzibati Ərazi Dairəsi

üzrə Nümayəndəliyi, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi;

 

-Balakən Rayon İcra Hakimiyyəti başçısının Mahamalar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi, Baş məsləhətçi-ev təsərrüfatlarının uçotu işinin aparıcısı

 

Elan üzrə sənəd qəbulu yalnız Mərkəzin internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir və 13 avqust 2026-cı il tarixi, saat 18:00-dək davam edəcək.

Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.

            15 iyul 2026-cı il tarixində  Balakən Rayon İcra Hakimiyyəti üzrə  elan edilmiş vakant inzibati vəzifənin tutulması üçün ümumi  müsahibə ilə bağlı Dövlət İmtahan Mərkəzinin internet portalında ətraflı məlumat əldə etmək mümkündür.

 

https://exidmet.dim.gov.az/dqq/Elan/UmMshMshElanList?ElanID=600

Keçidlər