Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən Rayon İcra Hakimiyyəti başçısının Aparatında Hüquq və kadr məsələləri sektorunun müdiri vəzifəsinin tutulması şərtlərinə dair

11 fevral 2026 | 20:14
Balakən Rayon İcra Hakimiyyəti başçısının Aparatında Hüquq və kadr məsələləri sektorunun müdiri vəzifəsinin tutulması şərtlərinə dair

ELAN

Balakən Rayon İcra Hakimiyyəti başçısının Aparatında inzibati vəzifələrin 7-ci təsnifatına aid olan Hüquq və kadr məsələləri sektorunun müdiri vəzifəsi hal-hazırda vakantdır.

Vəzifənin qulluq funksiyaları sektorun fəaliyyətinə ümumi rəhbərliyin həyata keçirilməsini, rayon icra hakimiyyətinin hüquqi təminatının təşkili, normativ hüquqi aktların və təşkilati-sərəncamverici sənədlərin hazırlanması və hüquqi ekspertizasının aparılması, habelə kadr işi üzrə qanunvericiliyin düzgün tətbiqinin təmin edilməsini, rayon icra hakimiyyətinin hüquq və qanuni mənafelərinin məhkəmə və məhkəmədənkənar qaydada müdafiəsini, struktur bölmələrə hüquqi yardımın göstərilməsini, dövlət qulluqçularının şəxsi işlərinin aparılmasını, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsini, vakant vəzifələrlə və ehtiyat kadrlarla bağlı tədbirlərin həyata keçirilməsini əhatə edir.

Namizədlərdən “Hüquqşünaslıq” ixtisası üzrə ali təhsil, struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə azı 2 il iş stajı, habelə müsahibədə iştirak hüququ verən AC4 sertifikatı tələb olunur.

Müəyyən edilmiş tələblərə cavab verən şəxslərin Balakən Rayon İcra Hakimiyyətinə müraciət etməsi tövsiyə olunur.

Keçidlər