Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya növbəti seçkinin keçirilməsi haqqında elan

15 may 2023 | 17:46

ELAN

  Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq  Balakən Rayon İcra Hakimiyyəti başçısının 08 may 2023-cü il tarixli 52 saylı Sərəncamı ilə Balakən  Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 5 üzv olmaqla  9 nəfərdən ibarət seçki komissiyası yaradılmışdır.
  İctimai Şuraya üzvlər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən seçilir.
  Bununla əlaqədar olaraq 15 may 2023-cü il tarixdən etibarən 20 iş günü müddətində Balakən Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatı elan olunur və 12 iyun 2023-cü il saat 18:00-da başa çatacaqdır. Hər bir vətəndaş cəmiyyəti institutu ictimai şuranın üzvlüyünə yalnız 1 nəfər namizəd irəli sürə bilər.
  Seçki ilə bağlı əlavə məlumatların (hansı sənədlərin təqdim olunması və.s) əldə olunması üçün Rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinə müraciət oluna bilər. Əlaqə telefonu: 024 29 5 15 92

      Balakən Rayon İcra Hakimiyyəti

Keçidlər