Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya növbəti seçkinin keçirilməsi vaxtı və yeri haqqında elan

16 iyun 2023 | 12:22

   Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq Balakən Rayon İcra Hakimiyyəti başçısının 08 may 2023-cü il tarixli 52 saylı Sərəncamı ilə Balakən Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə seçki komissiyası yaradılmışdır. Seçki komissiyası tərəfindən vətəndaş cəmiyyəti institutlarını təmsil edən 12 nəfərin namizədliyi qeydə alınmışdır.
   05 iyul 2023-cü il tarixdə saat 12:00-da Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının inzibati binasında Balakən Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkilər keçiriləcəkdir.
   Seçki ilə bağlı əlavə məlumatların əldə olunması üçün Rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinə müraciət oluna bilər.

Balakən Rayon İcra Hakimiyyəti

Keçidlər