Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya növbəti seçkinin keçirilməsinə dair ELAN

29 may 2025 | 11:46

  Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq  rayon icra hakimiyyəti başçısının 26 may 2025-ci il tarixli 5-36/3-3-65/2025 nömrəli Sərəncamı ilə Balakən  Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 5 üzv olmaqla  9 nəfərdən ibarət seçki komissiyası yaradılmışdır.

  İctimai Şuraya üzvlər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən seçilir.

  Bununla əlaqədar olaraq 29 may 2025-ci il tarixdən etibarən 20 iş günü müddətində Balakən Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatı elan olunur və 01 iyul 2025-ci il saat 18:00-da başa çatacaqdır. Hər bir vətəndaş cəmiyyəti institutu İctimai Şuranın üzvlüyünə yalnız 1 nəfər namizəd irəli sürə bilər.

  Seçki ilə bağlı əlavə məlumatların (hansı sənədlərin təqdim olunması və.s) əldə olunması üçün Rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinə müraciət etməyiniz xahiş olunur.

   Əlaqə telefonu: 024 29 5 15 92

Keçidlər