Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən Rayon İcra Hakimiyyətində vakant inzibati vəzifələrin tutulması üçün daxili müsahibə mərhələsi elan edilib

31 may 2024 | 15:58

 Dövlət İmtahan Mərkəzi tərəfindən  Balakən Rayon İcra Hakimiyyəti başçısının Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində nümayəndənin müavini və Balakən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində baş məsləhətçi-baş mühasib vəzifələrinin tutulması məqsədilə  31 may 2024-cü il tarixdə daxili müsahibə elanı verilmişdir. Elan üzrə sənəd qəbulu yalnız Dövlət İmtahan Mərkəzinin internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir və 20 iyun 2024-cü il, saat 18:00-dək davam edəcək.

Aşağıda göstərilmiş linkə daxil olaraq Balakən Rayon İcra Hakimiyyəti üzrə elana çıxarılmış vəzifələrin vəzifə təlimatı və müsahibə proqramı ilə tanış olmaq mümkündür.

           https://exidmet.dim.gov.az/dqq/Elan/DxMshMshElanList?ElanID=544 

 

          Əlavə məlumat:

  • Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd vakant vəzifənin tutulmasının ümumi şərtlərinin tələblərinə (təhsilə dair tələb, iş stajına dair tələb və s.) cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
  • Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.
  • Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət bitdikdən sonra müsahibənin keçirilməsi qrafiki (müsahibənin keçirilməsi vaxtı və yeri) dövlət orqanının internet saytında və Mərkəzin portalında yerləşdirilir.
Keçidlər