Balakən Rayon İcra Hakimiyyətində vakant inzibati vəzifələrin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilib
Dövlət İmtahan Mərkəzi tərəfindən 14 fevral 2024-cü il tarixdə Balakən Rayon İcra Hakimiyyətində inzibati vəzifələrin 7-ci təsnifatı üzrə B növünə aid olan aşağıda göstərilən vakant vəzifələrin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilib:
- Balakən Rayon İcra Hakimiyyəti başçısının Aparatı, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi, məsləhətçi (1 vakant yer);
- Balakən Rayon İcra Hakimiyyəti başçısının Aparatı, Sənədlərlə və
vətəndaşların müraciətləri ilə iş şöbəsi, məsləhətçi (kadrlar üzrə işin aparıcısı) (1 vakant yer);
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 14 fevral 2024-cü il tarixindən 14 mart 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizədlər portala daxil etdikləri məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidirlər.
Balakən Rayon İcra Hakimiyyətində vakant inzibati vəzifələrin tutulması üçün 14 fevral 2024-cü il tarixdə elan edilmiş müsabiqənin müsahibə mərhələsi ilə bağlı Dövlət İmtahan Mərkəzinin internet portalında ətraflı məlumat əldə etmək mümkündür.
https://exidmet.dim.gov.az/dqq/Elan/MsbElanlar