Balakən Rayon İcra Hakimiyyətində vakant inzibati vəzifənin tutulması üçün daxili müsahibə elan edilib
17 aprel 2024 | 18:09
Dövlət İmtahan Mərkəzi tərəfindən Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatında vakant olan Ərazi idarəetmə və yerli özünüidarəetmə
orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinin tutulması məqsədilə 17 aprel 2024-cü il tarixində daxili müsahibə elanı verilmişdir. Elan üzrə sənəd qəbulu yalnız Mərkəzin internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir və 1 may 2024-cü il tarixi, saat 18:00-dək davam edəcək.
Aşağıda göstərilmiş linkə daxil olaraq Balakən Rayon İcra Hakimiyyəti üzrə elana çıxarılmış vəzifənin vəzifə təlimatı və müsahibə proqramı ilə tanış olmaq mümkündür.
https://exidmet.dim.gov.az/dqq/Elan/DxMshMshElanList?ElanID=540
Əlavə məlumat:
- Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd vakant vəzifənin tutulmasının ümumi şərtlərinin tələblərinə (təhsilə dair tələb, iş stajına dair tələb və s.) cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
- Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.
- Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət bitdikdən sonra müsahibənin keçirilməsi qrafiki (müsahibənin keçirilməsi vaxtı və yeri) dövlət orqanının internet saytında və Mərkəzin portalında yerləşdirilir.