Balakən Rayon İcra Hakimiyyətində vakant inzibati vəzifənin tutulması üçün daxili müsahibə mərhələsi elan edilib
Balakən Rayon İcra Hakimiyyətində vakant inzibati vəzifənin
tutulması üçün daxili müsahibə mərhələsi elan edilib
Dövlət İmtahan Mərkəzi tərəfindən Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatında vakant olan Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində baş məsləhətçi vəzifəsinin tutulması məqsədilə 22 fevral 2024-cü il tarixində daxili müsahibə elanı verilmişdir. Elan üzrə sənəd qəbulu 22 fevral 2024-cü il tarixindən 7 mart 2024-cü il tarixədək yalnız Dövlət İmtahan Mərkəzinin internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir.
Aşağıda göstərilmiş linkə daxil olaraq Balakən Rayon İcra Hakimiyyəti üzrə elana çıxarılmış vəzifənin vəzifə təlimatı və müsahibə proqramı ilə tanış olmaq mümkündür.
https://exidmet.dim.gov.az/dqq/Elan/DxMshMshElanList?ElanID=538
Əlavə məlumat:
- Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd vakant vəzifənin tutulmasının ümumi şərtlərinin tələblərinə (təhsilə dair tələb, iş stajına dair tələb və s.) cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
- Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.
- Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət bitdikdən sonra müsahibənin keçirilməsi qrafiki (müsahibənin keçirilməsi vaxtı və yeri) dövlət orqanının internet saytında və Mərkəzin portalında yerləşdirilir.