E L A N
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq Balakən Rayon İcra Hakimiyyəti başçısının 26 may 2025-ci il tarixli 5-36/3-3-65/2025 nömrəli Sərəncamı ilə Balakən Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədilə seçki komissiyası yaradılmışdır.
Seçki komissiyası tərəfindən vətəndaş cəmiyyəti institutlarını təmsil edən 14 nəfərin namizədliyi qeydə alınmışdır.
8 iyul 2025-ci il tarixdə saat 11:00-da Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının inzibati binasında Balakən Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçki keçiriləcəkdir.
Seçki ilə bağlı əlavə məlumatların əldə olunması üçün Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinə (024-295-15-92); mail@balaken-ih.gov.az) müraciət oluna bilər.
Balakən Rayon İcra Hakimiyyəti






