İqtisadiyyat
İqtisadiyyat
2025-ci ilin doqquz ayı ərzində ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 249234,5 min manat olmaqla 2024-ci illə müqayisədə 0,7 faiz azalmışdır. İstehsal olunmuş 249234,5 min manat məhsulun 23,0 faizi sənaye, 0,7 faizi tikinti, 41,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 1,2 faizi informasiya və rabitə, 30,7 faizi isə ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində istehsal edilmişdir.
Hesabat ilində rayonda əkin altında olan torpaq sahələri 14096,5 hektara çatmış, onun 1431,6 hektarı payızlıqlar (573,2 ha buğda, 838,4 ha arpa,), 12664,9 hektarı isə yazlıq bitkilər olmuşdur. Yazlıq əkinlərin 1106 ha tərəvəz, 287,0 ha kartof, 79 ha lobya, 7938,4 ha qarğıdalı, 3414,0 yem bitkiləri və 43,5 ha tütün sahələridir. 2025-ci ildə taxıl biçini mövsümündə kombaynlara olan tələbat ödənilmiş, biçin optimal müddətdə basa çatdırılmış, sahələrdən 4586 ton məhsul yığılmışdır. Təsərrüfatlarda taxıl biçinindən sonra 229.1 ha sahədə təkrar qarğıdalı əkilməsi də təmin edilmişdir. Əkin sahələrinə normal aqrotexniki qulluq göstərilmiş, zərərvericilərə və alaq otlarına qarşı mübarizə tədbirləri həyata keçirilmuş, yazlıq və təkrar əkin sahələrində məhsuldarlığın artırılması üçün əlavə işlər görülmüşdür.
Hesabat dövründə əhəmiyyət kəsb edən sahələrdən hesab olunan baramaçılığın, tütünçülüyün və fındıqçılığın inkişaf etdirilməsi və bu sahədə qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi istiqamətində ardıcıl işlər aparılmış, bələdiyyə, dövlət və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin səmərəli istifadə edilməsi üçün tədbirlər görülmüşdür. İlin əvvəlindən etibarən barama, tütün istehsal edəcək, eləcə də, yeni fındıq bağları salacaq istehsalçılar müəyyən edilmiş, əkin sahələri seçilmiş, dondurma şumu aparılmış və seçilmiş sahələrdə nəzərdə tutulan əkinlərin aparılması təmin olunmuşdur.
Hesabat ilində rayonda bitkiçiliyin kartofçuluq, tərəvəzçilik, qarğıdalıçılıq, bostançılıq kimi sahələrinin də inkişaf etdirilməsi istiqamətində ardıcıl işlər aparılmış, istehsalçıların toxuma, mineral gübrələrə, pestisidlərə, texnika və texniki vasitələrə olan tələbatı ödənilmiş, məhsuldarlığın artırılması üçün aqrotexniki tədbirlər görülmüşdür. Nəticədə, kartof, tərəvəz, bostan, qarğıdalı və digər məhsulların istehsalı sahəsində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi mümkün olmuşdur.
Rayonda bitkiçiliklə yanaşı heyvandarlığın da inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılmış, 2025-ci il oktyabrın 1-i vəziyyətinə rayon üzrə 36891 baş qoyun və keçi, 27355 baş iribuynuzlu mal-qara (ondan 13016 baş inək və camış) mövcud olmuşdur.
Hesabat dövründə ət istehsalı 3325,6 ton, süd istehsalı 16908,0 ton, bal istehsalı 250 ton, yumurta istehsalı 8325,0 min ədəd, yun istehsalı 77, ton olmuşdur. Ət istehsalı 0.6 faiz aşağı düşmüş, süd istehsalı 0.8 faiz, yumurta istehsalı 2.4 faiz, bal istehsalı 22 faiz, yun istehsalı 1.3 faiz artmışdır.
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-sentyabr aylarında 57292,3 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 22,9 faiz çox sənaye məhsulu istehsal edilmişdir.
Sənаyе məhsulunun 87,0 faizi еmаl sektorunda, 11,8 faizi еlеktrik еnеrjisi, qаz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,2 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 oktyabr 2025-ci il vəziyyətinə 38,6 min manatlıq hazır məhsul olmuşdur.
2025-ci il sentyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 8890 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 5179 nəfər, qeyri-dövlət sektorunda isə 3711 nəfər təşkil etmişdir.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 11,1 faizi məhsul istehsalı sahələrində, o cümlədən 5,0 faizi emal sənayesində, 2,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 2,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində, 1,3 faizi tikintidə, 0,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində məşğul olmuşlar.
Xidmət sahəsində işləyənlərin 33,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 32,4 faizi təhsil, 10,1 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 3,0 faizi istirahət, əyləncə və incəsənət, 0,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 0,6 faizi maliyyə və sığorta fəaliyyəti, 0,5 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,5 faizi informasiya və rabitə, 0,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 0,3 faizi peşə, elmi və texniki fəaliyyət, 0,2 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 0,2 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışmışlar.






