Şriftin ölçüsü :

Saytın rəngi :

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Balakəndə silsilə tədbirlər keçirilib

30 may 2025 | 11:12

   1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Balakən rayonunun Şərif kəndində və rayon Mədəniyyət Mərkəzində “Suveren ölkənin qalib uşaqları” adlı bədii-əyləncəli bayram tədbiriləri təşkil olunub.

   Tədbirlərdə Balakən RİH başçısı aparatının məsul şəxsləri, şəhid ailəsinin üzvləri, məktəbəqədər təhsil müəssisələrinin kollektivləri, ibtidai sinif şagirdləri, müəllim və valideynlər iştirak ediblər.

   Çıxışlarda qeyd olunub ki, ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşməsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün dövlət uşaq siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Balakəndə də uşaqların, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqların hüquqlarının və sağlamlıqlarının qorunması, təhsili, asudə vaxtının səmərəli təşkili, həmçinin istedadlarının üzə çıxarılması ilə bağlı tədbirlər görülür. Bu cür tədbirlərin keçirilməsi də uşaqlara göstərilən yüksək qayğının bariz nümunəsidir.

   Bayram tədbirində uşaqların ifasında şeirlər səsləndirilib, nəğmələr oxunub, rəngarəng bədii-əyləncəli kompozisiyalar nümayiş etdirilib.

Keçidlər