Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası yarandığı gündən cəmiyyətin aparıcı qüvvəsinə çevrilib

19 noyabr 2021 | 16:00

Yeni Azərbaycan Partiyası (YAP) xalqın istək və arzularının təcəssümünün, onun iradəsinin ifadəsi kimi, tarixi zərurətdən yaranan bir partiyadır. Bu partiya ümummilli lider, dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə təşəkkül tapıb, onun müdrik şəxsiyyəti ətrafında sıx birləşərək möhkəmlənib, ölkəmizin ictimai-siyasi həyatında mühüm mövqe tutub. Yarandığı gündən Yeni Azərbaycan Partiyası Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi, demokratik cəmiyyət quruculuğu, sosial-iqtisadi sahədə çox mühüm işlər görüb, cəmiyyətin aparıcı qüvvəsinə çevrilib.
   Bu fikirlər Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü münasibətilə noyabrın 19-da YAP Balakən rayon təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə səsləndirilib.
   Tədbir iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin abidəsini və  Şəhidlər xiyabanını ziyarət ediblər. Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının inzibati binasında keçirilən tədbirin əvvəlində Ulu Öndərin və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.
   Tədbiri YAP Balakən rayon təşkilatı sədri Azad Balayev  açaraq, partiya üzvlərini YAP-ın yaranmasının ildönümü münasibətilə təbrik edib. Bildirilib ki, bu gün YAP nəinki ölkəmizin, eləcə də regionun aparıcı siyasi təşkilatı kimi böyük nüfuz qazanıb. Ötən 29 ili bir-birindən əhəmiyyətli uğurları ilə zənginləşdirən Yeni Azərbaycan Partiyası əbəs yerə ümumxalq partiyası kimi dəyərləndirilmir. Partiyanın yarandığı vaxtdan bu günədək tutduğu siyasi xəttə, mövqeyə sadiqlik nümayiş etdirməsi onun gələcəyinə olan inamı günbəgün artırır.
   Tədbirdə YAP Balakən rayon təşkilatının fəalları Leyla Hacıyeva, Nurlan Şibliyev və Turan Məmmədov çıxış edərək, Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildiriblər.
   Tədbirə onlayn qoşulan Milli Məclisin deputatı Nəsib Məhəməliyev partiyanın yarandığı günün - 1992-ci il noyabrın 21-nin ictimai-siyasi və fikir tariximizin ən əlamətdar və unudulmaz təqvimlərdən biri olduğunu vurğulayıb. Bildirilib ki, ölkəmizdə ictimai-siyasi sabitliyin gərgin olduğu, anarxiya və hərc-mərcliyin tüğyan etdiyi həmin tarixdə ulu öndər Heydər Əliyevin banisi olduğu, xalqın inandığı və güvəndiyi bir siyasi təşkilat - Yeni Azərbaycan Partiyası yarandı. "Dünənin, bu günün, gələcəyin partiyası" olan YAP müstəqil Azərbaycanın dövlətçilik tarixində yeni bir yüksəliş mərhələsinin əsasını qoyub.
   Həmçinin Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü ilə əlaqədar olaraq ağacəkmə aksiyası keçirilib.                                                                                                                     

Keçidlər