Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədilə tikilən bulağın açılışı olub

21 dekabr 2021 | 16:00

Vətən Müharibəsi şəhidləri Şindiyev Elməddinin və Abdullayev Məhəmmədin xatirəsini əbədiləşdirmək məqsədilə tikilən bulağın açılış mərasimi keçirilib. Talalar kəndində keçirilən tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri, şəhidin ailə üzvləri, qazilər və digər məsul şəxslər iştirak edib.
   Əvvəlcə şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
   Açılış mərasimində çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbənin tarixi əhəmiyyətindən danışıb, bu qələbənin daim qəlblərdə yaşayacaq şəhidlərimizin canı, qazilərimizin qanı bahasına qazanıldığını söyləyib.
   Digər çıxış edənlər şəhidlərin keçdiyi qısa və şərəfli ömür yolundan danışıb və şəhidlərimizin qanının yerdə qalmadığını bildiriblər. Qeyd olunub ki, 2020-ci ilin sentyabrın 27-dən başlayan Vətən müharibəsində Elməddin Şindiyev və Məhəmməd Abdullayev iştirak edərək böyük qəhrəmanlıqlar nümayiş etdiriblər. Azərbaycan torpaqlarının düşmən işğalından azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıblar.
   Şəhid yaxınları oğullarının Vətənə sədaqətindən, torpaqlarımızın azad edilməsi uğrundakı mübarizəyə necə ürəklə yollanmalarından, onların qısa, lakin şərəfli ömür yolundan danışıb, şəhidlərin xatirəsinin əziz tutulması, şəhid ailələrinə göstərilən diqqət və qayğıkeşliyə görə Prezident İlham Əliyevə minnətdar olduqlarını bildiriblər.

   Mərasimdə məktəblilərin ifasında Vətənə, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.                                                                                                                                

Keçidlər