“İlham Əliyev - davamlı inkişaf modelinin müəllifidir” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Balakən Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə rayon mədəniyyət mərkəzində “İlham Əliyev - davamlı inkişaf modelinin müəllifidir” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Balakən rayon təşkilatının sədr əvəzi Azad Balayev 2003-cü ildən Prezident İlham Əliyev Azərbaycanda yeni dövrün, yeni eranın başlanğıcının əsasını qoyduğunu bildirib. Qeyd olunub ki, Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verib.
Daha sonra çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Cənab İlham Əliyevin xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunu uğurla davam etdir¬diyini, Azərbaycanın davamlı inkişaf modelinin müəllifi olduğunu qeyd edib. Regi¬onların sosial-iqtisadi inkişafı istiqamətində, ordu quruculuğu sahəsində əldə olunan uğur¬lardan, hüquqi, demokratik və institusional islahatlardan danışıb. İslam Rzayev Cənab İlham liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində işğal altındakı torpaqlarımızın azad olunduğunu, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldığını bildirib.Natiq sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı ilə Balakən rayonunun da hərtərəfli inkişaf etdiyini qeyd edib. Prezident İlham Əliyevin Balakənə etdiyi 6 səfərin hər birinin tarixə çevrildiyini, yeni istehsal müəssisələrinin, idman, səhiyyə, mədəniyyət və təhsil ocaqlarının açılışı ilə yadda qaldığını qeyd edib. Balakənlilərin də həmişə dövlət başçısının ətrafında olduğunu, ölkəmizin hərtərəfli inkişafına töhfələr verdiyini bildirib.
Milli Məclisin deputatları Nəsib Məhəməliyev, Kəmalə Əliyeva və digər çıxış edənlər Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanda güclü və dayanıqlı iqtisadiyyat yaradıldığını, əhalinin sosial-rifahının yaxşılaşdırılaraq Azərbaycanın nümunəvi sosial siyasət həyata keçirən dövlətə çevrildiyini bildiriblər. Prezident İlham Əliyevin respublikamıza uğurlu rəhbərliyinin mühüm məqamlarından, əldə olunan sosial, iqtisadi nailiyyətlərdən, xalqla iqtidar birliyindən, Vətən müharibəsində qazanılan qələbədən danışıblar.