Balakənlilər ulu öndər Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad ediblər
Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında müstəsna xidmətləri balakənlilər tərəfindən yüksək dəyərləndirilir və onun əziz xatirəsi böyük ehtiramla yad olunur. Azərbaycan tarixində və xalqın yaddaşında Heydər Əliyev müstəqil və suveren dövlətin simvolu, cəsur insan, böyük vətəndaş kimi qalıb. O, Azərbaycanın ən yeni tarixində müstəqil dövlətin siyasi, iqtisadi, hüquqi, sosial-mədəni, elmi əsaslarını yaradan milli inkişaf strategiyasının müəllifidir. Bu gün Azərbaycanın əldə etdiyi bir çox uğurlar Ulu Öndərin adı ilə bağlıdır.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi Balakən rayonunda dərin ehtiramla yad edilib. Ulu Öndərin vəfatının on səkkizinci ildönümü ilə əlaqədar rayon sakinləri əllərində gül-çiçək dəstələri dahi rəhbərin abidəsini ziyarət ediblər. Balakən Rayon İcra Hakimiyyətinin və hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ziyalılar, YAP rayon təşkilatının fəalları böyük siyasi xadim Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Anım mərasimində iştirak edən rayon sakinləri dahi şəxsiyyətin müqəddəs ruhu qarşısında baş əyib, Azərbaycan xalqı var olduqca Heydər Əliyevin ürəklərdə yaşayacağını bildiriblər.