Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsi xalqımıza qarşı aparılan etnik təmizləmə siyasətinin qanlı səhifəsidir

26 fevral 2022 | 16:00

Tariximizin ən qanlı səhifələrindən olan Xocalı faciəsinin otuzuncu ildönümü ilə əlaqədar Balakən rayonunda silsilə anım tədbirləri keçirilib.
   Faciənin ildönümü ilə bağlı Balakən Rayon İcra Hakimiyyətində rayonda məskunlaşmış Xocalı sakinləri ilə görüş olub. Tədbirdə rayon icra hakimiyyətinin başçısı İslam Rzayev ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər, xalqımızın tarixinə qanla yazılan Xocalı faciəsinin acı nəticələri, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin çatdırılması istiqamətində görülən işlər barədə məlumat verib. Vurğulanıb ki, Xocalı faciəsi xalqımıza qarşı aparılan etnik təmizləmə siyasətinin qanlı səhifəsidir.
   Hazırda Balakən rayonunda Xocalıdan olan 8 ailə yaşayır. Onlar dövlətimiz tərəfindən hər daim diqqət və qayğı ilə əhatə olunublar.
   Fevralın 26-da rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanına gələrək, ərazi bütövlüyümüz uğrunda şəhid olan igid həmyerlilərinin xatirəsinə ucaldılan abidənin önünə gül-çiçək düzüblər.
   Sonra anım tədbiri rayon Mədəniyyət Mərkəzində davam etdirilib. Tədbir iştirakçıları Mərkəzin foyesində Xocalı faciəsindən bəhs edən rəsm sərgisi ilə tanış olub, mədəniyyət işçilərinin hazırladıqları ədəbi-bədii kompozisiyaya baxıblar.                           

Keçidlər