Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub

05 mart 2022 | 16:00

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Balakən rayonunda bayram tədbiri təşkil olunub. Tədbirdə çıxış edən İslam Rzayev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edərək, qadınlarımıza xoş və səmimi arzularını bildirib. Ana şəfqəti ilə Vətən üçün sağlam ruhda övlad tərbiyə edib böyüdən qadınlarımızın hər zaman diqqət və qayğıya layiq olduqlarını diqqətə çatdırıb. Şəhid analarını, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarını, xanımları əlamətdar bayram münasibətilə təbrik edən İslam Rzayev  xalqını ürəkdən sevən qəhrəman övladlar yetişdirdiklərinə görə onlara təşəkkür edib.
   O cümlədən İslam Rzayev bildirib ki, Azərbaycan qadınının həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi dövlətimizin uğurlu, xoşbəxt sabahına, xalqımızın firavanlığına ən ciddi təminatlardan biridir. Respublikamızda bərqərar olan demokratik mühit ölkə qadınlarının zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır. Azərbaycan dövlətinin qadınlarla bağlı həyata keçirdiyi siyasət hər cür ayrı-seçkiliyi aradan qaldıraraq qadınların bərabər hüquqlarını və imkanlarını təmin etməyə yönəlib. Bu siyasət daimi və dönməz səciyyə daşımaqla bütövlükdə qadınların cəmiyyətdə layiqli mövqeyini hər zaman qoruyub saxlamağa imkan verəcək.
   Tədbirdə digər çıxış edənlər respublikamızda və Balakən rayonunda qadınlarla bağlı həyata keçirilən uğurlu dövlət siyasətindən, qadınlara göstərilən diqqət və qayğıdan bəhs ediblər.
   Tədbirin sonunda qadınlara qızıl gül və qiymətli hədiyyələr təqdim olunub.                                                                                                                                       

Keçidlər