Qanlı Yanvar şəhidlərinin xatirəsi Balakəndə ehtiramla anılıb
20 yanvar 2022 | 16:00
Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin otuz ikinci ildönümü Balakən rayonunda silsilə tədbirlərlə anılıb.
Yanvarın 20-də rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanına gələrək, ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş qəhrəman oğulların məzarları üzərinə gül-çiçək düzüb, şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər.
Mərasimdə iştirak edənlər 20 Yanvarın Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu bildirib, bu hadisələrin xalqımızın qan yaddaşından heç vaxt silinməyəcəyini vurğulayıblar.