Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı ərəfəsində şəhid ailələri ziyarət olunub

15 mart 2022 | 16:00

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev  Novruz bayramı ərəfəsində ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş döyüşçülərin ailələrini ziyarət edib. Şəhidlərin ailə üzvləri Novruz bayramı münasibətilə təbrik edilib, onlara bayram sovqatları təqdim olunub.
   Görüşlərdə şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, barələrində xoş təəssüratlar danışılıb. Vurğulanıb ki, şəhidlərimizin xatirəsi bizim üçün hər zaman əzizdir. Şəhidlik zirvəsinə ucalan qəhrəmanların keçdikləri şərəfli ömür yolu gələcək nəsillər üçün örnəkdir. Qeyd edilib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur.
   Rayon rəhbəri bildirib ki, torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərimizin ailələrinə, həmçinin müharibə əlillərinə göstərilən diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər görürlər.
   Şəhid ailələri dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.                                                                                      

Keçidlər