Şriftin ölçüsü :

Saytın rəngi :

Milli-mənəvi dəyərlərin bərqərar olmasında Ulu Öndərin müstəsna xidmətləri var

18 mart 2022 | 16:00

Ölkəmizdə milli-mənəvi dəyərlərin bərqərar olmasında ümummilli lider Heydər Əliyevin müstəsna rolu və xidmətləri var. Dövlətçiliklə milliliyin birləşməsi bütün xalqların ən böyük arzusu və idealı olub. Bu gün biz müstəqil dövlətimizdə əsası Ulu Öndər tərəfindən qoyulan milli birlik dövrünü yaşayırıq.
   Bu fikir Balakən rayon Heydər Əliyev Mərkəzində keçirilən “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfransda səsləndirilib.
   Konfransda rayon Heydər Əliyev Mərkəzinin, icra hakimiyyətinin, Təhsil Şöbəsinin əməkdaşları, “Heydər Əliyev kursunu öyrənirik” klubunun üzvləri və məktəblilər iştirak ediblər.
   Konfransı Mərkəzin direktoru Ləman Balayeva açaraq, ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin, müstəqilliyimizin, milli-mənəvi dəyərlərimizin qorunması və möhkəmləndirilməsi sahəsindəki tarixi xidmətləri barədə geniş məlumat verib.
   Balakən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Türkan Əliyeva çıxışında Heydər Əliyev siyasi məktəbinin varisi və layiqli davamçısı Prezident İlham Əliyevin də xalqımızın adət-ənənələrinin, mərasim və bayramlarının yaşadılması, milli ruhda zənginləşdirilməsi kimi vacib məsələləri hər zaman diqqət mərkəzində saxladığını diqqətə çatdırıb. Vurğulanıb ki, dövlətimizin başçısının milli bayramımız olan Novruz şənliklərində iştirak etməsi, xalqla bir olması müstəqil dövlətimizin vətəndaşlarının birliyindən, sevincli günlərindən, parlaq sabahlarından xəbər verir.
   Konfransda çıxış edən rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Sevinc İbadova və Mazımçay kənd kitabxana filialının müdiri Səbinə Eminayeva Novruz bayramının tarixinin Azərbaycanın milli dövlətçilik ənənələri ilə həmişə sıx bağlı olduğunu vurğulayıblar. Bildirilib ki, Novruz xalqımızın milli-mənəvi dəyərlərini bütün dolğunluğu ilə özündə əks etdirən bir bayramdır. Milli təfəkkürümüzün təcəssümü olan bu bayramı Azərbaycan xalqına ümummilli liderimiz Heydər Əliyev həmişəlik qaytarıb.
   Tədbir bədii proqramla davam etdirilib. Sonda “Heydər Əliyev mənəvi dəyərlərimizin xilaskarıdır” adlı film nümayiş etdirilib.                                                                                                                          

Keçidlər