Şriftin ölçüsü :

Saytın rəngi :

Katex kəndində səyyar qəbul keçirilib

17 mart 2022 | 16:00

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev martın 17-də Katex kəndinin sakinləri ilə görüşüb.
   Səyyar qəbulda idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
   İslam Rzayev çıxış edərək kənd sakinlərini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, ölkəmizdə iqtisadi sahədə əldə olunmuş uğurlardan danışıb, işğaldan azad olunmuş ərazilərdə görülən işlərdən bəhs edib, ölkə başçısının Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma  mərasimində çıxışı zamanı söylədiyi fikirlərə toxunub.
   Sonra icra başçısı rayonda görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.Balakən rayonu ərazisində abadlıq-quruculuq işlərinin aparıldığını və 2022-ci ildə də bu işlərin davam etdiriləcəyini diqqətə çatdırıb.
   Səyyar qəbulda iştirak edən kənd sakinləri çıxış edərək kənddaxili küçələrin asfaltlanması, Katex kənd 1 saylı tam orta məktəbin binasının təmir olunması, Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Katex kəndi ərazisindən keçən hissəsində yol kənarlarında hasarların abadlaşdırılması, yol kənarlarında sel-sularının ötürülməsi üçün nəzərdə tutulmuş arxların betonlanması  və digər problemlərinin həllinə köməklik göstərilməsini xahiş ediblər.
   Səyyar qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bəziləri yerindəcə həll edilib, digərlərinin həlli ilə bağlı əlaqədar təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
   Sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.                                                                   

Keçidlər