Şriftin ölçüsü :

Saytın rəngi :

“Dini fanatizm və ekstremizmin mahiyyəti, təhlükələri” mövzusunda tədbir keçirilib

29 mart 2022 | 16:00

Martın 29-da Balakən şəhəri Nizami adına 1 saylı tam orta məktəbdə Balakən Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Dövlət Təhlükəsizliyi Xidmətinin Balakən rayon şöbəsi və  Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Dini fanatizm və ekstremizmin mahiyyəti, təhlükələri” adlı tədbir keçirilib.
   Tədbirdə təşkilatçı qurumların əməkdaşları, məktəb müəllimləri və şagirdlər iştirak ediblər.
   Çıxışlar zamanı bu qəbildən olan tədbirlərin əhəmiyyəti vurğulanaraq, dini fanatizm, radikalizm və ekstremizmin yaratdığı fəsadlar və  onların təhlükəsi haqqında ətraflı məlumat verilib. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət-din münasibətlərinin bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb, bu sahədə əmin-amanlığın, sabitliyin təmin edilməsi məqsədi ilə dövlətimiz tərəfindən  görülən mühüm və ardıcıl işlər barədə söhbət açılıb.
   Məkrli məqsədlərinə nail olmaq üçün cəmiyyət arasında dini, milli və məzhəb ayrı-seçkiliyi salaraq mövcud toplumu parçalamağı rəhbər tutan və xarici dini mərkəzlərə bağlı olan qeyri-ənənəvi dini cərəyanlar, radikal dini qruplaşmaların fəaliyyətinin qarşısının alınması, onların zərərli  təbliğatına qarşı fəal şəkildə mübarizə aparılması üçün cəmiyyətimizdə, yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin mütamadi görülməsinin zəruriliyi vurğulanıb. Bildirilib ki, bu sahədə təhsil müəssisələri, gənclər təşkilatları, dini icmaları, bir sözlə cəmiyyətin hər bir fərdi aktiv fəaliyyət göstərməlidir.
   Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.                                                                                                                             

Keçidlər