Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılıb

31 mart 2022 | 16:00

  31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Balakən şəhərində anım tədbiri keçirilib.   

   Soyqırım qurbanlarının əziz xatirəsinə ucaldılmış Xatirə Kompleksinin önündə keçirilən tədbirdə soyqırımı qurbanlarının xatirəsi yad edilib, abidənin önünə gül-çiçək dəstələri düzülüb, ruhlarına dualar oxunub.

   Anım tədbirində şəhər icra hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhər ictimaiyyəti iştirak edib.

  Bildirilib ki, Mart soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması üçün Azərbaycan dövləti bütün zəruri addımları atıb. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra başlanıb. Ulu Öndərin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilib. 

   Qeyd olunub ki, ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımının araşdırılması və həqiqətlərin dünyaya yayılması istiqamətində bu gün də mühüm addımlar atılmaqdadır.

   Bugün bütün şəhidlərimizin ruhu şaddır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə 30 ilə yaxın düşmən işğalı altında qalan torpaqlarımız azad edildi. Qələbəyə aparan uzun yol 44 gün davam edən İkinci Qarabağ müharibəsi ilə başa çatdı. İgid hərbçilərimizin, şəhidlərimizin qəhrəmanlığı sayəsində düşmən döyüş meydanında məhv edildi, 31 Mart soyqırımları və ondan sonra da azərbaycanlılara qarşı törədilən cinayətlərin qisası alındı.

   Bu gün hər bir azərbaycanlı 31 Mart soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir. Həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi Qələbənin sevincini yaşayır.                                                                                                    

Keçidlər