Şriftin ölçüsü :

Saytın rəngi :

Hənifə kəndində səyyar qəbul keçirilib

14 aprel 2022 | 16:00

Balakən  Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Hənifə kəndində səyyar qəbul keçirib. Rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərlərinin və kənd sakinlərinin iştirak etdiyi qəbulda İslam Rzayev ölkəmizin əldə etdiyi uğurlar, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə rayonumuzda aparılan quruculuq işləri və qarşıda duran vəzifələr haqqında məlumat verib.
   Sonra kənd sakinləri dinlənilib, vətəndaşlar əhalinin rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlara görə ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər.  Səyyar qəbulda sakinləri narahat edən sosial problemlər müzakirə edilib, həlli istiqamətində icra başçısı tərəfindən əlaqədar təşkilatların rəhbərlərinə lazımi tapşırıq və göstərişlər verilib.                                                                                                          

Keçidlər