Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda Şəhid bulağının açılışı olub

29 aprel 2022 | 16:00

Aprelin 29-da torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə savaşıb və qəhrəmancasına şəhid olan Əsdiyev Heybullah Məzahir oğlunun əziz xatirəsinə ucaldılmış şəhid bulağının açılışı olub. 
   Qeyd edək ki, Heybullah Əsdiyev 1993-cü il oktyabrın 14-də Balakən rayonunun Qaysa kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan Vətən müharibəsində iştirak edərək şəhidlik zirvəsinə ucalıb.
   Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, RİH-in məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri, din xadimləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri də iştirak ediblər.
   Açılış mərasimində çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev 44 günlük Vətən müharibəsində Şanlı Zəfər qazanan Azərbaycan Ordusunun şəhidlərinin qanının yerdə qalmadığını, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyətini qeyd edib.  Şəhid Heybullah Əsdiyevin döyüş yolundan danışıb, Azərbaycan xalqı üçün igid, qeyrətli və mərd oğul yetişdirən şəhidin ailəsinə dərin ehtiramını bildirib.
   Şəhidin ailə üzvləri çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
   Tədbir şagirlərin ifasında şəhidimizə həsr edilmiş şeir və kompozisiyalarla davam edib.                                                                                                                     

Keçidlər