Şriftin ölçüsü :

Saytın rəngi :

Balakənli kümçülərə 885 qutu ipəkqurdu paylanıldı

06 may 2022 | 16:00

Cari mövsümdə Balakən rayonunda yaş barama istehsalının 35,4 tona çatdırılması qarşıya hədəf qoyulub. Barama yetişdirilməsi üçün kümçülərə Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya olunmuş 885 qutu ipəkqurdu gətirilərək paylanılması təmin edilmişdir.
   İlk olaraq rayon sakini, Birinci Qarabağ müharibəsinin iştirakçısı Vaqif Hümbətov məntəqədən 5 qutu ipəkqurdu götürüb. Kümçü cari mövsümdə 100 qram ipəkqurdunun yemlənməsi ilə məşğul olacaq. O, bu il 225-250 kiloqram yaş barama istehsal etməyi qarşıya məqsəd qoyub.                                                                                                                                            

Keçidlər