Şriftin ölçüsü :

Saytın rəngi :

“Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri” mövzusunda seminar keçirilib

05 may 2022 | 16:00

Mayın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi (DQİDK), Balakən Rayon İcra Hakimiyyəti (RİH) və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Vətən Müharibəsi Qəhrəmanı Amin Novruzov adına Humanitar və Texniki təmayüllü liseydə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar “Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri” mövzusunda seminar  keçirilib.
   Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elməddin Atakişiyev, Balakən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fariz Nəcəfov, Balakən Rayon Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi Nurlan Şibliyev, liseyin direktor müavini Zümrüd Məmmədova, müəllim və şagirdlər iştirak ediblər.
   Çıxışlar zamanı bildirilib ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc dövlətin siyasi və iqtisadi əsasları yaradıldı, Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva edən azərbaycançılıq ideyası formalaşdı. Seminarda Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu dövlət-din münasibətləri haqqında ətraflı danışılıb, ölkədə dini etiqad azadlığı üçün yaradılan şəraitdən, dini dəyərlərə, ibadət yerlərinə və dini icmalara göstərilən xüsusi qayğıdan bəhs olunub. Vurğulanıb ki, Heydər Əliyevin uğurlu siyasəti nəticəsində müstəqil dövlətin ilk milli Konstitusiyasında dini etiqad azadlığı, vicdan azadlığı tam şəkildə təmin edildi, dünyəvilik prinsipi dövlət-din modelinin əsası kimi müəyyənləşdi.
   Daha sonra Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanmış “Heydər Əliyev və Azərbaycançılıq” filmi nümayiş edilib.
   Tədbirin yekununda iştirakçılara Fondun maliyyə dəstəyi ilə çap edilmiş maarifləndirici ədəbiyyat təqdim edilib.                                                                                                                                         

Keçidlər