Şriftin ölçüsü :

Saytın rəngi :

"Heydər Əliyev fenomeni və xilaskarlıq missiyası" mövzusunda tədbir keçirilib.

06 may 2022 | 16:00

6 May 2022-ci il tarixdə Balakən Rayon İcra Hakimiyyəti və Balakən Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Ulu Öndərin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar "Heydər Əliyev fenomeni və xilaskarlıq missiyası" başlığı altında tədbir keçirilib. Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçiləri Türkan Əliyeva və Aynur Omarova, Balakən Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, YAP Balakən rayon təşkilatının əməkdaşı Cəmilə Əmiraslanova, Nizami adına şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi Altay Məmmədov və rayon ümumtəhsil məktəblərinin şagirdləri iştirak etmişdir.
   "Əbədi və ölməz Heydər Əliyev dühası" adlı məruzə ilə çıxış edən Mərkəzin əməkdaşı Sona Çunayeva tarixin axarını dəyişən ideya və prinsiplərin daşıyıcısı olan Heydər Əliyevin nadir idarəçilik keyfiyyətlərini, xarizmatik liderlik cəhətlərini, onun böyük vətənpərvərliyinin ötən əsrin 70-ci illərindən etibarən milli ideyanın yüksəlişinin təmin edilməsindəki misilsiz rolunu, həmçinin Azərbaycanın bütün sahələr üzrə inkişafının yeni mərhələsinə qədəm qoymasındakı rolunu iştirakçıların diqqətinə çatdırdı.
   Çıxışlar zamanı qeyd edildi ki,  Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətini yaratmış və onun bütün sahələrdə sarsılmaz təməllərini müəyyən etmişdir. O, dünya siyasətinə təsir etmək gücündə olan və qlobal miqyasda təhlillər aparmağı bacaran siyasətçi idi. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Liderimiz Heydər Əliyevin xidmətləridir. Ulu Öndər Heydər Əliyev uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir. Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir – qısa müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yaranmış, uğurlar əldə olunmuşdur. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başlamış və ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren aktoruna çevrilmişdir. Qərbə inteqrasiya yolunu tutan Ulu Öndər Heydər Əliyev ən çətin anlarda belə yenilməz siyasi iradə nümayiş etdirdi, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antiazərbaycan, antimilli qüvvələrin qarşısında sipərə çevrildi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıtması nəticəsində respublika ərazisində səpələnmiş silahlı cinayətkar dəstələr zərərsizləşdirilmiş, vətəndaş müharibəsi təhlükəsinə, separatçı meyillərə son qoyulmuş və təcavüzkar Ermənistan Respublikası ilə atəşkəs əldə olunmuşdur. Heydər Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. Ümummilli liderin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur.
   Daha sonra ümumi təhsil məktəblərinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi, Nizami adına şəhər 1 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Davud Xəsmədovun təqdimatı və Nizami adına şəhər 1 saylı məktəbin şagirdi Səadət Ceerçiyevanın ifasında Ulu öndərə həsr olunmuş şeir ifası dinlənilib. Sonda "Öndərin yolu" adlı film nümayiş edilib.                                                              

Keçidlər