Ulu Öndər Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib
Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü Balakən rayonunda da silsilə tədbirlərlə qeyd edilib.
Mayın 10-da xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, icra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri Ulu Öndərin abidəsini ziyarət ediblər. Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ucaldılan Ulu Öndərin abidəsi önünə gül-çiçək düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə icra hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək, Heydər Əliyevin zəngin həyat yolu, xalqımız və dövlətçiliyimiz qarşısındakı əvəzsiz tarixi xidmətləri barədə danışıb. Vurğulanıb ki, dahi şəxsiyyət Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, xalq məhəbbətini qazanan Ulu Öndər kimi yaşayır və yaşayacaq.
Tədbirdə Ulu Öndərə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.