Konstitusiya Gününə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir
Balakən Rayon İcra Hakimiyyətində Konstitusiya Gününə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir.
Tədbirdə çıxış edənlər 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş ilk milli Konstitusiyanın milli dövlətçiliyimizin formalaşması və inkişafında böyük əhəmiyyət daşıdığını, müstəqil Azərbaycanın demokratik dəyərlərə əsaslanan Əsas Qanununun ərsəyə gəlməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğulamışlar. Qeyd edilmişdir ki, müstəqil dövlətimizin əsaslarını müəyyən edən bu Konstitusiya hüquqi dövlət quruculuğuna, demokratiyaya, vətəndaş cəmiyyətinə doğru atılan ilk cəsarətli və qətiyyətli addımlarda biri olmuşdur. Ulu Öndərin təşəbbüskarı və yaradıcısı olduğu Əsas Qanun dövlətin əsas prinsiplərini müəyyənləşdirməklə yanaşı, beynəlxalq konvensiyalarda əksini tapmış bütün hüquq və azadlıqların bərqərar olmasına təminat verir.
Çıxış edənlər Azərbaycan Konstitusiyasını beynəlxalq hüquq normalarına uyğun, insan hüquq və azadlıqlarına, dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət edən mükəmməl hüquqi sənəd kimi dəyərləndirmişlər.